Cahiliyyə qadınlarının normal saydıqları xüsusiyyətlərdən biri də Quran əxlaqına tamamilə zidd olan romantizmdir. Romantizmin qadını tamamlayan xarakter olduğuna inanırlar. Cahiliyyə cəmiyyətinin qadından gözlədiyi xarakter onsuz da budur. Onlara görə qadın hər zaman sığınan, qorunan və gücsüz tərəf olmalıdır.
Bu səbəblə bəzi evdar qadınlar bu təlqinlərin də təsiriylə çətinliklə hər qarşılaşdıqlarında romantizmə qapılmaqdan heç çəkinmirlər. Bunu bir zəiflik olaraq görmür, əksinə bu şəkildə özlərinə şəfqət göstəriləcəyini və ətraflarındakı insanların onlarla maraqlanacaqlarını düşünərək özlərini romantizmə daha da qapdırırlar. Onsuz da, ətraflarındakı insanlar tərəfindən bu cür davranmağa təşviq olunurlar. Cahil cəmiyyətdə duyğularına qapılan insana rəğbət göstərirmiş kimi davranılar və bu cür davranan adam istədiyi nəticəni əldə etmiş olar.









