2010/07/23

ANA VƏ ATAYA GÖZƏL SÖZ SÖYLƏMƏK ....

Quran ayələriylə xatırladılan bir başqa mövzu da anaya və ataya qarşı istifadə ediləcək üslubla bağlıdır. Allah Quranda, Biz insana ata-anasına (onlarla gözəl davranmağı) tövsiyə etdik. Anası onu (bətnində) çox zəif bir halda daşımışdı. (Uşağın süddən) kəsilməsi isə iki il ərzində olur. “Mənə və ata-anana şükür et. Axır dönüş Mənədir! (Loğman Surəsi, 14) hökmüylə insana anasına və atasına qarşı yaxşılıqla davranmasını əmr edir.


Şübhəsiz ana və atanın övladı üzərindəki zəhməti çox böyükdür. Anası bir çox çətinliyə sinə gərərək onu doqquz ay boyunca qarnında daşımış və hər cür fədakarlığa dözərək böyütmüşdür. Atası da onu yetkin bir yaşa çatdıra bilmək üçün böyük əmək sərf etmişdir. İnsanın özünə göstərilən bu gözəl əxlaqı və əməyi görməzlikdən gələrək ana atasına qarşı laqeydlik göstərməsi, onlara qarşı mərhəmətsiz rəftar göstərməsi mömin əxlaqına uyğun gəlməz.

Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonum-qonşuya, yaxın dosta,yolda qalmışa, əlinizin altında olana yaxşılıq edin! Həqiqətən, Allah özünü bəyənənləri, lovğalıq edənləri sevməz! (Nisa Surəsi, 36) sözləriylə də insana ana atasına qarşı gözəlliklə davranmasını və onlara qarşı lovğalanan bir rəftar göstərməkdən çəkinməsini buyurmaqdadır.

Allah bu mövzuda insanın necə diqqətli olmasının lvacib olduğunu da belə açıqlamaqdadır:

Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşgün çağına yetərsə, onlara: “Uf!” belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış! Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına salıb: “Ey Rəbbim! Onlar məni körpəliyimdən tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!” – de. (İsra Surəsi, 23-24)

İnsan, ana və atasına qarşı "of" belə deməyəcək qədər hörmətli bir üslub istifadə etməlidir. Təvazökar,anlayışlı olmalı və onlara daim gözəl söz söyləməlidir. Onlar onu böyüdərkən necə əmək verdilərsə, yaşlılıqlarında da o onlara qarşı eyni səbirli və şəfqətli üslubla davranmalıdır. Bu dəfə də o, ana atasının qüsurlarına anlayış göstərməli, ehtiyaclarına şəfqətlə yanaşmalıdır. Hər nə olursa olsun, onlara qarşı əsəbi, ya da səbirsiz münasibət  göstərməməlidir.
İnsanın ana atası Allaha üsyan edirsə,bu zaman  Quranda bildirildiyi kimi, din mövzusunda onlara itaət etməməli, amma yenə də onlarla xoş davranmalıdır.Quranda möminin göstərməsi lazım olan bu davranış belə açıqlanmaqdadır:

Onların ikisi (ata-anan) bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, (bu işdə) onlara itaət etmə. Dünya işlərində onlarla gözəl keçin . Tövbə edib Mənə tərəf dönənlərin yolunu tut. Sonra Mənim hüzuruma qayıdacaqsınız. Mən də nə etdiklərinizi sizə xəbər verəcəyəm!” (Loğman Surəsi, 15)


Biz insana ata-anasına yaxşılıq etməyi (onlarla gözəl davranmağı) tövsiyə etdik.Əgər (valideynlərin) bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, onlara itaət etmə. Hamınız Mənim hüzuruma qayıdacaqsınız. Mən də nə etdiklərinizi sizə xəbər verəcəyəm! (Ənkəbut Surəsi, 8)



Quranda ayrıca Hz.Yusifin ana atasına qarşı olan hörmətli  münasibəti  nümunə verilərək, bu əxlaqın üstünlüyünə diqqət çəkilmişdir. Hz. Yusif  Misirin rəhbərliyində əhəmiyyətli bir mövqeyə  sahib olduğu halda ana və atasına qarşı son dərəcə təvazökar münasibət  göstərmişdir:

Onlar gəlib Yusifin hüzuruna daxil olduqları zaman o, ata-anasını bağrına basdı və dedi ki,“İnşallah əmin olaraq Misirə daxil olun!” . Ata-anasını taxta çıxardıb oturtdu...(Yusuf Surəsi, 99-100)

Hz İbrahimin, onu bütlərə sitayiş etməyə çağıran atasına qarşı olan rəftarı və danışıq  üslubu da inananlar üçün gözəl bir nümunədir. Atasının inadkar davranışına baxmayaraq, Hz. İbrahim ona "atacan" xitabıyla cavab verərək üstün bir əxlaq sərgiləmişdir:

Kitabda İbrahimi də yad et . Həqiqətən, o, büsbütün doğru danışan bir peyğəmbər idi. O, bir zaman atasına belə demişdi: “Atacan! Nə üçün eşitməyən, görməyən və sənə heç bir fayda və zərər verə bilməyən bütlərə ibadət edirsən? Atacan! Həqiqətən, sənə gəlməyən bir elm mənə gəlmişdir. Ardımca gəl ki, səni doğru bir yola yönəldim! Atacan! Şeytana ibadət etmə, həqiqətən, Şeytan Rəhmana çox asi olmuşdur. Atacan! Qorxuram ki, Rəhmandan sənə bir əzab toxunsun və beləcə Şeytana yoldaş olasan!” (Atası ) dedi: “Ya İbrahim! Sən mənim sitayiş etdiyim tanrılardan üzmü çevirirsən? Əgər(hərəkətlərinə) son qoymasan, səni mütləq daşqalaq edəcəyəm . Bir müddət məndən uzaq ol!” (İbrahim) “Salam olsun! Mən Rəbbimdən sənin bağışlanmağını diləyəcəyəm, çünki O mənə qarşı çox mehribandır dedi. Sizdən və sizin Allahdan başqa sitayiş etdiyiniz bütləri tərk edib bir kənara çəkilir və öz Rəbbimə dua edirəm. Ola bilsin ki, mən Rəbbimə ibadət etməklə bədbəxt olmayım.(Məryəm Surəsi, 41-48 )