Cahiliyyə cəmiyyətində
qadın xarakteri mədəniyyət səviyyəsindən asılı olmayaraq, cəmiyyətin hər
təbəqəsi tərəfindən tətbiq olunur. Bunun səbəbi isə, cəmiyyətin bütün
üzvlərinin, bu xarakteri qız uşaqlarına kiçik yaşlardan etibarən cazibədar
göstərmələridir. Uşaqlıq illərindən etibarən ətrafdakı insanlardan eyni
təlqinləri alaraq tərbiyə edilən qız uşaqları cəmiyyət tərəfindən özləri üçün
uyğun hesab edilən bu xarakteri çox vaxt heç sorğu-sual etmədən qəbul edirlər.
Analarını və ətraflarındakı digər qadınları müşahidə edərək, yetkin insan
olduqları zaman hansı xarakterdə olacaqları və həyatlarını hansı ideallar
üzərinə quracaqları mövzusunda müəyyən bir fikir formalaşdırarlar.
Ətraflarındakı bu insanlardan eşitdikləri sözləri, onlardan gördükləri
davranışları təkrarlayar, onlar kimi ola bilmək üçün səy göstərərlər. Nəticə
olaraq da, daha fərqli bir modellə qarşılaşmadıqları üçün özləri üçün ən ideal
şəxsiyyətin bu olduğunu sanaraq, böyüklərindən gördükləri eyni qadın
xarakterinin qüsursuz kopiyası olurlar.
Əlbəttə, əvvəlki bölmələrdə də
qeyd edildiyi kimi, cahiliyyə cəmiyyətində geniş şəkildə yaşanılan bu
xarakterin səhvlərini görən və bu xarakteri mənimsəməyən qadınlar da var. Ancaq
bu yanlışlığı görmələri, yenə də onları cahiliyyə qadın xarakterindən
uzaqlaşdırmağa kifayət etmir. Bəlkə, bu yanlışlıqların bir qismindən xilas ola
bilirlər, amma şəxsiyyətlərini təyin edən meyarlar yenə Quran əxlaqından kənar
və cahiliyyə qaydalarına əsaslandığı üçün, yaşadıqları xarakter yenə də
müxtəlif yanlışlıqlarla doludur. Bu səbəbdən bu kəslərin cahiliyyə cəmiyyətində
geniş şəkildə yaşanan qadın xarakterindən fərqlilikləri, təməldə onları aşağı
səviyyədə görüb özlərini bu təsnifatın xaricində tutmaları ilə məhdudlaşır.
Çünki Allahın Quranda bildirdiyi müsəlman qadın xarakteri yaşanmadığı təqdirdə,
ortaya çıxacaq olan hər şəxsiyyət şübhəsiz ki, səhvlərlə dolu olacaq.
Cahiliyyə cəmiyyətlərindəki
qadın xarakterinin ümumi xüsusiyyətlərini araşdırdığımızda, adı hər
nə qədər "iş qadını" ya da "evdar qadın" olaraq
dəyişsə də, bu kəslərin əsasən ortaq bir xarakterin damı altında
birləşdiklərini görərik. Belə ki, kişi və ya qadın, kiçik və ya böyük,
cəmiyyətin hər hansı bir fərdindən soruşulsa, qadın xarakteri haqqında
dilə gətirəcəkləri təəssüratlar demək olar ki, bir-birinin eyni olacaq. Bunlar
arasında ən vacib olanlarından biri isə, qadınların kişilər qədər güclü və
dözümlü ola bilməyəcəklərinə dair inancdır. Cəmiyyətin kişi fərdləri qədər,
qadınların bəziləri də bu fikri qəbul etmişlər. Özlərinə yaraşdırılan
"qorunan" xarakter səbəbindən heç vaxt "qoruyan" şəxslər
mövqeyində ola biləcəklərini düşünməmişlər. Kişidən daha aciz və daha
bacarıqsız olduqlarına inandıqlarından, ümumiyyətlə maddi-mənəvi cəhətdən
özlərinə baxa biləcək, təhlükələrə qarşı onları qoruyacaq şəxslərə sığınma
ehtiyacı hiss edərlər. İstər ailə həyatında həyat yoldaşlarına, istərsə də daha
sonrakı illərdə oğullarına olan yanaşmalarında həmişə bu düşüncə ilə hərəkət
edər, ətraflarında da özlərinə bu imkanları təmin edə biləcək şəxsləri
axtararlar.
Kişi
xarakterində hakim olan davranış cəsurluq və mərdlikdirsə, qadının da
küsəyən, duyğusal və kövrək bir quruluşu olduğuna inanılır. Bunlarla
bərabər, hadisələr qarşısında dərhal "ümidsizliyə düşmək, təlaşa qapılmaq,
deyinmək" cahiliyyə qadınlarında tez-tez görülə bilən, Quran əxlaqına zidd
xüsusiyyətlərdəndir.
Qadın
xarakterinə dair bütün xüsusiyyətlərin ümumi cəhəti isə, bunların hər
birinin, onlara yalnız çətinlik və bədbəxtlik gətirməsidir.
Göstərdikləri əxlaq səbəbindən həyatlarını daimi gərginlik, stress
və çətinlik içərisində keçirərlər. Yaşadıqları əxlaqın
və bədbəxtliklərinin əsas səbəbi isə, dünyagörüşlərinin, həyat
məqsədlərinin, özləri üçün seçdikləri idealların səhv olmasıdır.
Cahiliyyə cəmiyyətinin
digər fərdləri kimi, qadınlar da bütün həyatlarını "dünya
həyatı" və "bu həyatın bəzəkləri" üzərində qurmuşlar.
Dünya həyatının insanlara təqdim etdiyi mənfəətlərdən mümkün qədər çox
faydalana bilmək, həyat standartlarını yüksəldəcək imkanlar
əldə edə bilmək, cəmiyyətin gözündə yaxşı ad, etibar qazanmaq,
sahib olduqları ilə ətraflarının heyranlığını və tərifini qazana
bilmək bu kəslərin başlıca ideallarındandır.
Narahat
olduqları mövzular isə, bu idealları ilə bağlı olan gələcək qorxusu,
mal və can qayğısı kimi əsas mövzular üzərinə qurulmuşdur.
Cəmiyyət tərəfindən özlərinə təlqin edilən yalnız "yaxşı evdar qadın,
yaxşı ana və yaxşı həyat yoldaşı ola bilmək"dir. Bundan başqa, maddi
müstəqilliklərini əldə edə biləcəkləri peşə və
yaxşı
karyera sahibi olmalarıdır.
Halbuki,
bu və bunun kimi düşüncələrin hamısı səhvdir. İnsanları həm
dünyada, həm axirətdə, istər insanların gözündə, istərsə də Allah Qatında
şərəfli və üstün mövqeyə gətirə biləcək bir həyat şəkli, bir xarakter
və bir əxlaq anlayışı vardır. Qurana görə yaşamaq insanlara ən güclü xarakteri
və ən gözəl əxlaqı qazandırır. Bu da adamın həm Allahın razılığını, həm də
insanların sevgisini və hörmətini qazanmasını təmin edir.
Bu
səbəbdən, istər qadın, istərsə də kişi olsun hər insanın ilk görəcəyi iş, özündən
tələb olunan şəxsə çevrilməsi deyil, doğru olanı araşdırıb
tapması və bu şəxsiyyəti mənimsəməsi olmalıdır. Allah bütün
insanların yaşaması üçün vacib olan ən gözəl şəxsiyyəti və ən
doğru xarakter xüsusiyyətlərini Quran ilə bizlərə bildirmişdir.
Quranda göstərilən bu yol ən sadə, ən asan və ən mükəmməl yoldur.
Allah bu həqiqəti bizlərə bu sözlərlə bildirir:
İman
gətirib yaxşı işlər görənləri isə ən gözəl mükafat gözləyir. Biz ona asan bir şey əmr edəcəyik!." (Kəhf Surəsi, 88)
