Allah insanlara həyatları boyu ehtiyac duyduqları hər mövzuda bütün zəruri məlumatları Quranda açıqlamışdır. Dünya həyatının həqiqətlərini, insanların yaradılış məqsədlərini, gözəl həyat yaşaya bilmələrinin sirlərini, insan fitrətinə ən uyğun olan əxlaq anlayışını insanlara bildirmişdir. Allahın bildirdiyi bu həqiqətlərə iman edib, həyatlarını bu cür yönləndirən insanlar dünyada və axirətdə əsl xoşbəxtliyi əldə etmiş olarlar.
Cahiliyyə cəmiyyətlərində isə insanların həyatlarını yönləndirən, mütləq doğru olduğundan əmin ola biləcəkləri bir qüvvə yoxdur.
Əksinə əməl etdikləri qaydaların böyük əksəriyyətinin nə vaxt, kim tərəfindən və nəyə əsasən qoyulduğu da bilinmir. Bu adı qoyulmayan, amma bütün cahiliyyə insanlarının illərdən bəri əməl etdikləri qaydalar dədə-babadan qalan bir ənənə olaraq yaşanır. Cahiliyyə insanlarının həyat məqsədi, idealları, dəyər mühakimələri, qısacası cəmiyyəti nizamlayan bütün qaydalar bu anlayış ilə yaradılır. Cəmiyyətdəki hər fərdin mövqeyinə, ictimai statusuna, cinsiyyətinə, inanclarına və həyat tərzinə görə əvvəldən təyin olunmuş yeri vardır.
Əksinə əməl etdikləri qaydaların böyük əksəriyyətinin nə vaxt, kim tərəfindən və nəyə əsasən qoyulduğu da bilinmir. Bu adı qoyulmayan, amma bütün cahiliyyə insanlarının illərdən bəri əməl etdikləri qaydalar dədə-babadan qalan bir ənənə olaraq yaşanır. Cahiliyyə insanlarının həyat məqsədi, idealları, dəyər mühakimələri, qısacası cəmiyyəti nizamlayan bütün qaydalar bu anlayış ilə yaradılır. Cəmiyyətdəki hər fərdin mövqeyinə, ictimai statusuna, cinsiyyətinə, inanclarına və həyat tərzinə görə əvvəldən təyin olunmuş yeri vardır.
Qadının cəmiyyətdəki yeri də, insanların böyük əksəriyyətinin təsiri altında qaldığı bu sabit dünyagörüşləri və dəyər mühakimələrinə görə təyin olunmuşdur. Bəzi cəmiyyətlərdə qadının fiziki cəhətdən kişidən daha gücsüz olması səbəbindən, ruhən də onlardan daha zəif olduğuna dair yanlış inanc hakimdir. Qadının şəxsiyyəti əxlaqi xüsusiyyətləri və qabiliyyətlərinin, fiziki quruluşu ilə mütənasib olaraq daha məhdud olduğu hesab edilir. Məsələn, cəmiyyətdə "kişi işi" və da "qadın işi" deyə fərqli mövzular vardır. Əlbəttə ki, fiziki baxımdan qadının edə biləcəyi işlərlə kişinin edə biləcəyi işlər bir-birindən fərqlidir. Ancaq cahiliyyə cəmiyyətlərindəki bu ayrı-seçkilik, qadının ağıl və bacarıq cəhətdən də daha gücsüz olduğuna inanılan fikirdən qaynaqlanır.
Müasir dövrdə qadınlar bir çox sahədəki məlumat və bacarıqları ilə bu fikrin etibarsızlığını sübut edirlər. Ancaq yenə də, cəmiyyətin bir qismində qadının müəyyən işləri edə bilməyəcəyi, ya da kişinin bu işləri daha tez və ağıllı şəkildə həll edə biləcəyinə dair bir inanc hakimdir.
Qabiliyyətdən başqa, bir çox insanlarda şəxsiyyət baxımından da qadının kişidən daha zəif olduğuna dair inanc mövcuddur. Məsələn, kişinin soyuqqanlılıqla qarşıladığı hadisə qarşısında qadının özünü itirməsi, ya da kişinin iradəli olduğu bir çətinlik qarşısında qadının iradəsiz və gücsüz davranması cahiliyyə cəmiyyətlərində çoxları tərəfindən adi davranış olaraq qəbul edilir. Bu, uşaqlıq illərindən etibarən verilən təhsil ilə qız uşaqlarına da təlqin edilir. Oğlan uşaqlarını mümkün qədər güclü xarakterə sahib olacaq şəkildə tərbiyə edən ailələr, qız uşaqlarına da tam əksini təlqin edirlər. Hər hansı bir çətinliklə qarşılaşdıqlarında oğlan uşaqlarına 'kişilər ağlamaz, kişi ol, cəsur ol' deyər, əksinə davrandıqda da, bu vəziyyəti onlara 'qız kimi qorxaqlıq etmə', 'qız kimi ağlayırsan', 'qız kimi ürkək davranırsan' kimi sözlərlə izah etməyə çalışırlar. Həmçinin qız uşaqlarını tərbiyə edərkən də onlara tez-tez kişilərdən fərqli olduqları, davranışlarını bu istiqamətdə tənzimləmələri lazım olduğunu təlqin edirlər.
Cahiliyyə əxlaqının yaşandığı cəmiyyətdəki qadının bütün vəzifə və məsuliyyətləri bu dünyagörüşünə görə, yalnız müəyyən mövzularla məhdudlaşdırılmışdır. Müasir cəmiyyətimizin böyük bir qismində qadının bir çox sahədə kişiyə görə daha geridə olması bu sabit qiymətləndirmənin nəticəsidir.
Qadınlara aid bu səhv dünyagörüşü tarixin fərqli dövrlərində də müxtəlif şəkillərdə ortaya çıxmışdır. Xüsusilə keçmişdə, cahiliyyə inanclarını mənimsəmiş cəmiyyətlərdə bu düşüncə son dərəcə səhv tətbiqlərə gətirib çıxarmışdır. Allah Quranda bu cəmiyyətlərdə insanların qız uşaqlarını dəyərsiz görərək doğulan kimi, diri-diri torpağa basdırdıqlarını bildirir:
"Diri-diri torpağa gömülən körpə qızdan soruşulduğu zaman: "Axı hansı günaha görə öldürüldü?" (Təkvir Surəsi, 8-9)
Başqa ayələrdə isə Allah,
"Onlardan birinə qızı olması ilə müjdə verildikdə qəzəblənib üzü qapqara olar. Verilən müjdənin pisliyi üzündən tayfasından qaçıb gizlənər.Görəsən onu (o körpəni) zillət içində saxlayacaq, yoxsa torpağa göməcək? Bir görün onlar necə pis mühakimə yürüdürlər!" (Nəhl Surəsi, 58-59) sözləri ilə qız uşağı olacağını öyrənən insanların qəzəbləndiyi, buna görə ətrafındakı insanlardan utanıb gizləndikləri bildirilir. Allah həmçinin bu şəxslərin qız uşaqlarını " bər-bəzək içində böyüdülüb, mübahisə zamanı bir dəlil gətirə bilməyən" olaraq qiymətləndirdiklərinə də diqqət çəkir:
"Onlardan birinə Rəhmana (Allaha) isnad etdikləri (qız uşağı) ilə müjdə versən, qəzəbdən boğularaq üzləri qap-qara qaralar. Onlar bər-bəzək içində böyüdülüb, mübahisə zamanı bir dəlil gətirə bilməyən (xilqətcə zəif) qızlarını Allaha övlad isnad edirlər" (Zuxruf Surəsi, 17-18)
Allah İslam əxlaqından xəbərsiz olan bu cəmiyyətlərə göndərdiyi peyğəmbərləri və endirdiyi haqq kitabları ilə qız uşaqlarına qarşı olan bu düşüncənin səhv olduğunu bildirmişdir. Peyğəmbərlərin təbliği və İslam əxlaqının insanlar tərəfindən öyrənilməsi ilə birlikdə, qız uşaqlarını bir utanc səbəbi olaraq görmə düşüncəsi və cahiliyyə cəmiyyətlərində mövcud olan bu tətbiqin qarşısı alınır.
Allah Quranın "Göylərin və yerin höhmü Allahın əlindədir. O, istədiyini yaradır, istədiyinə ancaq qız, istədiyinə də ancaq oğlan verir. Yaxud hər ikisindən-həm oğlan, həm də qız verir, istədiyini də sonsuz (övladsız) edir. O (hər şeyi) biləndir, (hər şeyə) qadirdir." (Şura Surəsi, 49-50)
ayələri ilə insanlara verilən hər cür neməti onlara verənin Allah olduğunu xatırlatmaqdadır. Oğlan kimi, qız uşağı da Allahın insanlara lütf olaraq verdiyi nemətdir. İnsanın məsuliyyəti isə Allahın nemətinə qarşı nankorluq etmədən ən gözəl şəkildə şükr edə bilməkdir.
Göründüyü kimi, tarixin müxtəlif dövrlərində qadınlar haqqında fərqli şəkillərdə ortaya çıxan yanlış dünyagörüşü hakim olmuşdur. Ancaq burada diqqət edilməsi lazım olan əhəmiyyətli bir həqiqət də vardır. Cahiliyyə cəmiyyətlərindəki qadın xarakteri bu dünyagörüşünü bir mənada dəstəkləməkdə və təsdiqləməkdədir. Cahiliyyə əxlaqına sahib bəzi qadınlar istər xarakter, istərsə də mənimsədikləri əxlaq anlayışı ilə özləri haqqındakı bu sabit dünyagörüşün səhv olmadığını ortaya qoymaqdadırlar.
Halbuki əslində istər qadın, istərsə də kişi olsun möminlər, kəskin ağla, dərin qavrayış qabiliyyətinə, güclü şəxsiyyətə sahib ola bilən, üstün əxlaq göstərən şəxslərdir. Allahın Quranda nümunə göstərdiyi Hz. Məryəm və Fironun xanımı qadınların ən gözəl nümunələrindəndir. Ancaq bəzi qadınların din əxlaqından uzaq həyatı mənimsəyərək cahiliyyə qaydalarına görə yaşamaları, onların bu üstün tərəflərinin korlaşmasına səbəb olur.
