Bu mövzu bütün dünya cəmiyyətlərini maraqlandırdığı üçün çox əhəmiyyətlidir. Cinayətlər o qədər yayılmışdır ki, kiçik uşaqların da məktəblərdə etdikləri cinayətlərin şahidi olmaq mümkündür. Bununla əlaqədar xəbərlərdə hərdən bir məlumatlar verilir. Əlbəttə bunların bir səbəbi də bu uşaqların izlədikləri filmlərdə, televiziya proqramlarında və oxuduqları kitablarda tez-tez işlənən zalımlıq təlqinidir. Xüsusilə bəzi filmlərdəki öldürmə səhnələri kiçik yaşdakı uşaqlara psixoloji cəhətdən təsir edir. Bu da dinsizliyin öz qaranlıq üzünü göstərməsi baxımından çox əhəmiyyətli bir nümunədir.
İnsanları çox kiçik yaşlarından etibarən bu cür qaranlıq mühitdə böyüdən, zalımlığa istiqamətləndirən isə dindən uzaq yaşayan insanlardır.
Bu insanlar Allahdan qorxmadıqları üçün Allah qorxusu olmayan zalım nəsillər yetişdirirlər. Uşaqlarına İslam əxlaqının əmr etdiyi gözəl əxlaqı, mərhəməti, şəfqəti, ədaləti, xoş münasibəti deyil, dinsizliyin gətirdiyi pis əxlaqı öyrədirlər. Bu mövzu ilə əlaqədar olaraq Hz. Nuhun Quranda bildirilən duası tarix boyu bütün inkarçıların eyni zalım quruluşa malik olduqlarını bizə göstərir:
Nuh dedi: “Ey Rəbbim! Yer üzündə bir nəfər belə kafir qoyma! Çünki sən onları (sağ) buraxsan, onlar Sənin bəndələrini yoldan çıxardacaq, ancaq pozğun və kafir (oğul-uşaq) doğub-törədəcəklər. Ey Rəbbim! Məni, ata-anamı, mənim evimə (yaxud məscidimə) mömin kimi daxil olan kimsəni və (qiyamət gününə qədər olacaq) bütün mömin kişiləri və qadınları bağışla. Zalımların isə ancaq və ancaq həlakını (ölümünü) artır!” (Nuh Surəsi, 26-28)