2010/07/31

LAZIMSIZ TELEFON SÖHBƏTLƏRİ

Cahiliyyə cəmiyyətindəki qadınlar, günün müəyyən vaxtlarını telefonla danışaraq keçirirlər. Gündəlik xəbərləri öyrənmək və son dedi-qoduları eşitmək  üçün rəfiqələrinin hər birinə zəng vurarlar. Ailə içində olan son hadisələri, yoldaşlarıyla aralarında olan mübahisələri, alış-verişdə nələr aldıqlarını, evə hansı qonağın gəldiyini, nələr danışdıqlarını bir-bir izah edərlər. Bu telefon danışıqlarının bir qismi saatlarla davam edər, amma danışıqların çoxu hikmətsizdir.

Bunun əksinə möminlər boş danışıqdan və boş işdən uzaq durarlar. Əsla hikmətsiz danışıqlara qapılmazlar. Lazım olsa onlar da uzun müddət  telefonla danışarlar. Ancaq danışdıqları mövzu mütləq əhəmiyyətli və faydalı mövzudur. Belə bir ehtiyac yoxdursa  yalnız vərdiş olduğu üçün vaxtlarını telefonda keçirməz, bunun yerinə daha faydalı və təkmilləşdirici işlər görərlər.