Peyğəmbərimiz Hz. Məhəmməd (s.ə.v.)in bütün insanlığa nümunə olan şəfqəti, mərhəməti və möminlərə olan bağlılığı uşaqlara olan münasibətində özünü daha çox büruzə vermişdir. Peyğəmbərimiz (s.ə.v) həm öz uşaqları və nəvələri, həm də səhabələrinin uşaqları ilə çox yaxından maraqlanmışdır. O, adlarının qoyulmasına, sağlamlıqlarına, elmlərinin artmasına, geyimlərindən oynadıqları oyunlara qədər onlara tövsiyələr vermiş, hətta şəxsən yol göstərmişdir.
Məsələn, Peyğəmbərimiz (s.ə.v) qızı Hz. Fatimə (ə.s.)a hər iki nəvəsinin doğumundan əvvəl "Doğum olduqda mənə xəbər vermədən uşağa heç bir şey etməyin" (Kutubu Sittə, Müxtəsəri Tərcümə və Şərhi, Prof. Dr. İbrahim Canan, 2-ci cild, Akçağ Nəşrləri, Ankara, s. 448) deyə tapşırmışdır. Körpələrin doğumundan sonra isə onların bəslənmələrini, baxımlarını və necə qorunacaqlarını özü göstərərək izah etmişdir.
Bundan başqa, Peyğəmbərimiz (s.ə.v) yeni doğulan körpələrə, uşaqlarına, nəvələrinə və səhabələrinin uşaqlarına həmişə dua etmişdir. Onları əzizləyərkən və ya oyunlarını izləyərkən, onlar üçün Allahdan xeyirli və uzun ömür, elm, hikmət və iman istəmişdir. Məsələn, nəvələri Hz.Həsən və Hz.Hüseynə hər zaman dua etmiş və eyni zamanda bu duasını Hz. İbrahim, Hz. İshaq və Hz. İsmayıl üçün də etdiyini ifadə etmişdir. (Kutubu Sittə, Müxtəsəri Tərcümə və Şərhi, Prof. Dr. İbrahim Canan, 2-ci cild, Akçağ Nəşrləri, Ankara, s. 450)
Səhabələrindən İbn Abbas (rə) uşaq olarkən Peyğəmbərimiz (səv)in ona "Allahım Abbasa hikməti öyrət" deyə dua etdiyini bildirmişdir. Səhabələrindən Ənəs (rə) üçün isə uşaqlıq dövründə “Allahın mal və övladını çox, ömrünü uzun, verdiklərini xeyirli və mübarək qıl”deyə dua etmişdir. (Kutubu Sittə, Müxtəsəri Tərcümə və Şərhi, Prof. Dr. İbrahim Canan, 2.cilt, Akçağ Nəşrləri, Ankara, s. 450-51)
Peyğəmbərimiz uşaqların oyununa da çox əhəmiyyət vermiş, hətta ara-sıra onlarla oyun oynamışdır. Peygamber(sav) "Uşağı olan onunla uşaqlaşsın" deyərək, ata-anaya uşaqlarını şəxsən əyləndirmələrini tövsiyə etmişdir. Peyğəmbərimiz (səv) uşaqların üzmə, qaçış, güləş kimi oyun və idmanlarla məşğul edilmələrini də tövsiyə etmiş, hətta nəvələrini və ətrafındakı uşaqları da buna təşviq etmişdir. Bir çox səhabə, Peyğəmbərimizin uşaqları necə sevdiyini, onlarla necə maraqlandığını və oyunlar oynadığını bildirmişlər. Bunlardan bəziləri belədir:
Hz. Ənəs (rə):
"Rəsulullah əleyhissalatu vəssalam uşaqlarla zarafatlaşmada insanların ən öndə olanı idi." (Kutubu Sittə, Müxtəsəri Tərcümə və Şərhi, Prof. Dr. İbrahim Canan, 15. cilt, Akçağ Nəşrləri, Ankara, s. 209)
Əl Bera (rə):
"Peyğəmbər Sallallahu əleyhi və səlləmi Həsən çiynində ikən gördüm. (İmam Məhəmməd bin Məhəmməd bin Süleyman ər-Rudani, Böyük Hədis Külliyyatı, Cem'ul-fevaid bin Cami'il-usul və Mecma'iz-zevaid, cilt 5, İz Nəşriyyat, s. 135)
"Peyğəmbərimiz (səv) qızı Hz. Fatimə (rə)yə belə deyərdi: 'Haydı, oğullarımı (Həsən və Hüseyn) çağır yanıma!' Ondan sonra ikisini də sinəsinə basaraq, qoxlayardı." (İmam Məhəmməd bin Məhəmməd bin Süleyman ər-Rudani, Böyük Hədis Külliyyatı, Cem'ul-fevaid min Cami'il-usul və Mecma'iz-zevaid, cilt 5, İz Nəşriyyat, s. 136)
Yala İbnu Mürre (rə) Peyğəmbərimiz (səv)in uşaqlara olan sevgisinə, onlarla necə zarafatlaşdığına dair bunları izah etmişdir:
"Bir qrup səhabələr Rəsulullah ilə birlikdə əleyhissalatu vəssalamın dəvət edildiyi bir yeməyə getdilər. Yolda nəvəsi Hüseynə rast gəldilər, o, uşaqlarla oynayırdı.
"Rəsulullah (səv) uşağı gördükdə irəliləyərək camaatın qabağına keçib onu tutmaq üçün əllərini açdı. Uşaq isə sağa-sola qaçmağa başladı. Rəsulullah da onu təqlid edib, sağa-sola qaçaraq, tutana qədər arxasınca qaçdı. Tutduqdan sonra isə əllərindən birini çənəsinin altına digərini də boynuna qoyub öpdü və 'Hüseyn məndəndir. Mən də Hüseyndənəm. Kim Hüseyni sevsə, Allah da onu sevsin. Hüseyn sıbtlardan bir sıbttır (nəvə)' buyurdu." (Kutubu Sittə Müxtəsəri Tərcümə və Şərhi, Prof. Dr. İbrahim Canan, 16. cilt, Akçağ Nəşrləri, Ankara, s. 519)
Hz. Ənəs (rə)in bildirdiyinə görə, Rəsulullah (səv), "dünyadakı iki reyhanım" dediyi nəvələri Həsən və Hüseyni tez-tez yanına çağırıb onları qoxlayar və bağrına basardı. (Kutubu Sittə, Müxtəsəri Tərcümə və Şərhi, Prof. Dr. İbrahim Canan, 2. cilt, Akçağ Nəşrləri, Ankara, s. 508)
İbnu Rebi'ati'ibni'l Həris (rə) deyir ki:
"Atam məni, Abbas (rə) oğlu əl-Fadl (rə)ı Rəsulullaha göndərdi. Yanlarına girdiyimiz zaman bizi yanında oturtdu və bizi elə möhkəm qucaqladı ki, daha qüvvətlisini görmədik." (Kutubu Sittə, Müxtəsəri Tərcümə və Şərhi, Prof. Dr. İbrahim Canan, 2. cilt, Akçağ Nəşrləri, Ankara, s. 508)
Rəsulullah (səv) uşaqlara olan sevgisini göstərərkən tez-tez onların başlarına sığal çəkərdi və xeyir-dua edərdi. Məsələn, Yusuf İbn Abdillah İbn Salam (rə), "Hz. Peyğəmbər (səv) məni Yusuf deyə adlandırdı, başımı oxşadı" deyir. Əmr İbn Hureys (rə) isə anasının onu Hz. Peyğəmbər (səv)in yanına apardığını, Rəsulullah (səv)in onun başını oxşayıb, bol nemətlərə qovuşması üçün dua etdiyini, Abdullah İbn Utbe (rə) də beş-altı yaşlarındaykən Peyğəmbərimizin onun başını sığallayaraq, nəsli və bərəkəti üçün dua etdiyini xatırlayır. (Kutubu Sittə, Müxtəsəri Tərcümə və Şərhi, Prof. Dr. İbrahim Canan, 2. cilt, Akçağ Nəşrləri, Ankara, s. 509)Hz. Məhəmməd (səv)in uşaqlara göstərdiyi sevgi dolu rəftarını, Əbu Hüreyrə (rə) də bu nümunələrlə izah etmişdir:
"Meyvənin ilk nübarı gətirildiyi zaman Rəsulullah (səv) belə deyərdi: 'Allahım bizə, Mədinəmizə, meyvələrimizə, müdd və saımıza (yəni ölçəklərimizə) qat- qat bərəkət ver'. Sonra meyvəni orada olan azyaşlıya verərdi." (Haydar Hatipoğlu, Süneni İbni Macə Tərcüməsi və Şərhi, Qəhrəman Nəşrləri, 9. cilt, İstanbul 1983, s. 82)
"Uşağa qarşı yumşaq davranmaq Allahın Rəsulunun adətlərindən idi. Allahın Elçisi səfərdən qayıtdıqda uşaqlar onu qarşılayardılar. Allahın Elçisi də dayanar, səhabələrinə uşaqları qaldırmalarını əmr edərdi. Onlar da uşaqların bəzisini Allah Rəsulunun önünə, bəzisini təryisinə mindirər və bəzilərini də öz miniklərinə mindirərdilər." (Kutubu Sittə, Müxtəsəri Tərcümə və Şərhi, Prof. Dr. İbrahim Canan, 2. cilt,Akçağ Nəşrləri, Ankara, s. 510)
"Rəsulullah (səv) Hz. Fatimənin evinin həyətinə gəldi və oturdu. 'Burada uşaq varmı?' deyə soruşdu. Hz. Fatimənin uşağı (Rəsulullahın nəvəsi sürətlə qaçaraq gəldi və Rəsulullahın boynuna sarıldı. Rəsulullah uşağı öpdü." (Konyalı Məmməd Vehbi, Tam Mətni Səhihi Buxari, 2. cilt, Üçdal Nəşriyyat, İstanbul 1993, s. 411)
"Uşaqlarla o qədər səmimi olmuşdu ki, bir dəfə yarışan uşaqları görmüşdü, onların sevincinə qatılmaq üçün birlikdə qaçmışdı."
Cabir İbnu Semüre (rə) də bu mövzuya dair bunları izah etmişdir:
"Rəsulullah əleyhissalatu vəssalamla birlikdə ilk namazı qıldım. Sonra əleyhissalatu vəssalam əhlinə getdi. Onunla mən də getdim. Onu bəzi uşaqlar qarşıladı. Rəsulullah onların yanaqlarını bir-bir oxşamağa başladı. Mənim yanağımı da oxşadı. Əlində bir sərinlik və xoş bir qoxu hiss etdim." (Müslim, Fezail 80, (2329); Kutubu Sittə, Müxtəsəri Tərcümə və Şərhi, Prof. Dr. İbrahim Canan, 15. cilt, Akçağ Nəşrləri, Ankara, s. 369)
Qız uşaqlarının doğulan kimi öldürüldükləri bir dövrdə peyğəmbər olaraq vəzifələndirilən Hz. Məhəmməd (səv) qız uşaqlarını da oğlanlardan ayırmamağın vacib olduğunu, qız uşaqlarını öldürmənin günah olduğunu bildirmiş və hər birinə eyni sevgi və maraq göstərərək, cəmiyyətə də gözəl nümunə olmuşdur. Peyğəmbərimiz (səv)in qız uşaqlarındakı gözəl xüsusiyyətləri vurğuladığı sözlərindən biri budur:
"Qız nə gözəl övladdır. Şəfqətli, köməksevər, munis, müqəddəs və analıq duyğuları ilə doludur." (Vesail, Ebvabı ehkam-ül-Övlad, 4.bab, 4.haber-Meşkiniden canlı; Hüseyn Xəttəmi, İlahi Hikmətdə Qadın, Birləşmiş Nəşriyyat, 4. nəşr İstanbul, 1999, s. 72)
Peyğəmbərimiz (səv) sevgisini həm sözləri, həm də davranışları ilə göstərərdi. Uşaqlara onları sevdiyini söyləyərdi. (Kutubu Sittə, Müxtəsəri Tərcümə və Şərhi, Prof. Dr. İbrahim Canan, 2. cilt, Akçağ Nəşrləri, Ankara, s. 511)
Peyğəmbərimiz uşaqlara olan şəfqətində heç bir fərq qoymazdı. Öz uşaqlarına, nəvələrinə göstərdiyi sevgi və mərhəməti eynilə digər səhabələrin uşaqlarına da göstərərdi. Xalid bin Səid (rə) Peyğəmbərimiz (səv)i ziyarətə gəldiyində yanında kiçik qızı da vardı. Həbəşistanda doğulduğu üçün Peyğəmbərimiz (səv) ona xüsusi bir yaxınlıq göstərərdi. Bir dəfə Peyğəmbərimiz (səv) işləməli bir parçanı Hz. Xalidin qızına verdi və sevindirdi.
Cemre o zaman kiçik bir uşaq idi. Atası onu Peyğəmbərimiz (səv)in yanına aparar və deyərdi ki: "Ya Rəsulullah, bu qızım üçün Allaha bərəkətlə dua edərsinizmi?" Peyğəmbərimiz Cemreni qucağına aldı, əlini başına qoydu və bərəkətlə dua etdi.
Peyğəmbərimiz (səv)in köməkçisi Hz. Zeyd (rə)in oğlu Üsamə (rə) Peyğəmbərimizlə əlaqədar bunları izah etmişdir:
"Rəsulullah bir dizinə məni, bir dizinə də nəvəsi Həsəni oturdar, sonra ikimizi birdən bağrına basar və 'Ya Rəbbi, bunlara rəhmət et. Çünki mən bunlara qarşı mərhəmətliyəm' deyə dua edərdi." (Kutubu Sittə, Müxtəsəri Tərcümə və Şərhi, Prof. Dr. İbrahim Canan, 2. cilt, Akçağ Nəşrləri, Ankara, s. 508)
Bəzi insanlar Peyğəmbərimiz (səv)in uşaqlarla oynamasını, onlarla maraqlanmasını anlamırdılar. Bir dəfə Axara min Xəbis (rə) Peyğəmbərimiz (səv)i Hz. Həsəni öpərkən gördü və belə dedi: "Mənim on uşağım var. İndiyə qədər heç birini öpməmişəm." Peyğəmbərimiz: "Mərhəmət etməyənə mərhəmət olunmaz" deyə buyurdu." (Kutubu Sittə, Müxtəsəri Tərcümə və Şərhi, Prof. Dr. İbrahim Canan, 2. cilt, Akçağ Nəşrləri, Ankara, s. 507)
Peyğəmbərimiz mübarək övladı Hz. İbrahimi də süd anasının evində tez-tez ziyarət edər, şəfqət və mərhəmətini göstərərək, başını oxşayar, bağrına basardı. Peyğəmbərimizin xidmətçisi Hz. Ənəs (rə) əlaqədar bir xatirəsini belə izah edər:
"Mən həyatımda ev xalqına Rəsulu Əkrəmdən (səv) daha şəfqətli, daha mərhəmətli davranan bir kimsə görmədim. İbrahim, Mədinənin Avali qismində süd anasının yanında olarkən, Peyğəmbərimiz (səv) onu görməyə gedər, biz də yanında olardıq... Peyğəmbərimiz (səv) içəri girər, oğulunu götürər, öpər, sonra dönərdi... Yenə bir gün getdiyimizdə Rəsulullah uşağını gətirtdi, bağrına basdı. Ona bəzi sözlər söylədi, onunla danışdı." (Müsned, 4:194; Müslim, 4:1807, Kutubu Sittə, Müxtəsəri Tərcümə və Şərhi, Prof. Dr. İbrahim Canan, 2. cilt, Akçağ Nəşrləri, Ankara, s. 506-507)
Həzrəti Əli izah edir: "Peyğəmbər Əfəndimi bizi ziyarətə gəlmişdi. O gecə bizdə qaldı. Həsən və Hüseyn də yatırdılar. Bir ara Həsən su istədi. Peyğəmbərimiz dərhal qalxdı və su tuluğundan bir stəkan su aldı, uşağa verdi.
Peyğəmbərimiz (səv) möminlərə uşaqları arasında ədalətlə davranmalarını xatırlatmış və belə demişdir:
"Allahdan qorxun. Uşaqlarınızın sizə itaətli olmalarını istədiyiniz kimi, siz də onların aralarında ədalətlə davranın." (g. Əhməd Ziyauddin, Ramıq Əl Hədis, 1. cilt, Qönçə Nəşriyyat, İstanbul, 1997, 13/10)
"Allah öpüşə qədər hər barədə uşaqlar arasında ədalətli davranmanızı sevər" (Kutubu Sittə, Müxtəsəri Tərcümə və Şərhi, Prof. Dr. İbrahim Canan, 2. cilt, Akçağ Nəşrləri, Ankara, s. 498)
Peyğəmbərimiz (səv)in uşaqların öyrədilmələri və gözəl əxlaq ilə tərbiyə edilmələri üzərində də dayanmış və bu mövzuda bir çox tövsiyə edərək yol göstərmişdir. Peyğəmbərimiz (səv)in bu mövzudakı sözlərindən bəziləri belədir:
"Bir ata uşağına gözəl əxlaqdan daha üstün bir miras buraxa bilməz." (Kutubu Sittə, Müxtəsəri Tərcümə və Şərhi, Prof. Dr. İbrahim Canan, 2. cilt, Akçağ Nəşrləri, Ankara, s. 512)
"Uşağın atası üzərindəki haqqlarından biri adını və ədəbini gözəl etməsidir." (Kutubu Sittə, Müxtəsəri Tərcümə və Şərhi, Prof. Dr. İbrahim Canan, 2. cilt, Akçağ Nəşrləri, Ankara, s. 512)
"Uşaqlarınıza ikram edin və tərbiyələrini gözəl edin..." (Kutubu Sittə, Müxtəsəri Tərcümə və Şərhi, Prof. Dr. İbrahim Canan, 2. cilt, Akçağ Nəşrləri, Ankara, s. 512)
Peyğəmbərimiz Hz. Məhəmməd (səv) hər mövzuda olduğu kimi, uşaqlarla maraqlanması, onlara göstərdiyi sevgi və şəfqətlə möminlərə ən gözəl nümunədir. Peyğəmbərimiz (səv) "Kiçiklərimizə şəfqət etməyən ... bizdən deyil" (Kutubu Sittə, Müxtəsəri Tərcümə və Şərhi, Prof. Dr. İbrahim Canan, 2. cilt, Akçağ Nəşrləri, Ankara, s. 506) deyərək, uşaqlara göstərilən şəfqətin əhəmiyyətini ifadə etmişdir
