İmanlı qadının necə xeyirli olmasına Allah Quranın " Müşrik qadınlar iman gətirməyincə onlarla evlənməyin. Əlbəttə, iman gətirmiş bir kəniz, sizi heyran edən müşrik bir qadından daha xeyirlidir. Müşrik kişilər iman gətirməyincə (mömin qadınları) onlara ərə verməyin. Əlbəttə, iman gətirmiş bir kölə, sizi heyran edən müşrik bir kişidən daha xeyirlidir. Onlar Oda çağırırlar. Allah isə Öz izni ilə Cənnətə və bağışlanmağa dəvət edir. O, Öz ayələrini insanlara bəyan edir ki, bəlkə, düşünüb ibrət alsınlar." (Bəqərə Surəsi, 221) ayəsiylə diqqət çəkir. İnsanın şəxsiyyətini gözəlləşdirib üstünləşdirən, xarakterini sağlamlaşdıran, əxlaqını gözəlləşdirən, davranışlarını təsirli edən o adamın imanı, Allah qorxusu və təqvasıdır. İnsanın sahib olduğu bütün xüsusiyyətlərə məna qazandıran, imanıdır. Bu Allahın, Quran ilə bildirdiyi əhəmiyyətli bir sirr, insanların diqqətlə düşünüb öyüd almalarını tələb edən əhəmiyyətli məlumatdır.
Quran əxlaqı, bütün insanlara olduğu kimi, qadınlara da ən güclü, ən möhkəm və ən gözəl şəxsiyyəti qazandırır. Allahın, "... Doğrusu, Biz onlara şan və şərəfli Zikr gətirdik..." (Mu'minun Surəsi, 71) ayəsiylə bildirdiyi kimi, Quran əxlaqı insanlara 'şan və şərəf' qazandırır. Bu səbəbdən bu əxlaqı yaşayan qadın, hörmət ediləcək, şərəfli və təmkinli xarakterə sahib olar.
Əvvəlki hissələrdə diqqət çəkildiyi kimi, Allah Quranda qadın və kişi üçün ayrı xarakterlər bildirməmiş, bütün insanları Müsəlman xarakterinə tabe olmağa çağırmışdır. Müsəlman, Allahdan qorxan, hər işində Allahın razılığını axtaran, dünya həyatının müvəqqəti, ölümün isə yaxın olduğunu bilib, axirəti hədəfləyən insandır. Qadın və ya kişi olsun, bütün Müsəlmanlar Quran əxlaqını ən gözəl şəkildə yaşamağa cəhd göstərirlər. Bu əxlaqı yaşayan qadınlar isə, cahil cəmiyyətlərdə qadın və ya kişi xarakterində olan bütün zəifliklərdən, komplekslərdən və davranış pozğunluqlarından xilas olmuş, bunların yerinə imanın gətirdiyi güclü bir xarakterə sahib olmuşlar. İman sahibi insanlar, yaşadıqları cəmiyyətdən, ailələrindən ya da dostlarından aldıqları təlqinlər hər nə olursa olsun, bunları bir kənara buraxar və Quranda ifadə edilən Müsəlman xarakterini yaşayarlar. Mömin qadın da xarakterini Allahın bəyəndiyi və məmnun olacağı əxlaqı nümunə götürərək, Qurana görə təyin edər.
Hz. Məryəm, bu şəxsiyyəti yaşayan qadınların ən gözəl nümunələrindəndir. Əvvəlki hissələrdə daha ətraflı olaraq toxunulduğu kimi, Hz. Məryəm cahiliyyə əxlaqını yaşayan cəmiyyət içərisində çox çətin imtahanla qarşı-qarşıya qaldığı və bütün bunlara tək başına etiraz etmək məcburiyyətində olduğu halda, çox güclü və iradəli xarakter göstərmişdir. İslam əxlaqının, Allaha könüldən iman etməyin dərin təvəkkül və təslimiyyətin özünə verdiyi güc ilə hər işində daim qalib gəlmişdir. Qarşılaşdığı bütün çətinliklərə baxmayaraq qürurlu və təmkininli davranmış, bu xüsusiyyətləriylə insanlara nümunə olmuşdur.
İman edən bütün qadınlar Hz. Məryəmin bu gözəl əxlaqını və üstün şəxsiyyətini özlərinə nümunə götürməli və Quranda bildirilən ideal Müsəlman xarakterinə yiyələnmək üçün səmimi olaraq səy göstərməlidirlər.
Qarşıdakı sətirlərdə Allahın Quranda bildirdiyi 'ideal Müsəlman qadın xarakterinin ən fundamental xüsusiyyətlərinə toxunaraq, bu xarakterin cahil inancların şəkilləndirdiyi qadın xarakterindən nə qədər fərqli və güclü bir şəxsiyyətə sahib olduğunu bildirəcəyik.
MÜSƏLMAN QADIN ALLAHA TƏSLİM OLMUŞDUR
Müsəlman qadın Allaha, səmimi bir ürəklə iman etmiş və dərin bir Allah qorxusuyla boyun əymişdir. Allahdan başqa bir İlah olmadığını, Onun bütün varlıqların tək hakimi və sonsuz güc sahibi olduğunu dərk etmişdir. Buna görə də, sadəcə Allahdan qorxar və yalnız Onun razılığını axtarar. Yalnız Allaha ibadət edər, ONU dost bilər və yalnız Ondan kömək istəyər.Hər hansı bir xeyirlə üzləşsə, bunu ona ancaq Allahın verə biləcəyini və eyni şəkildə ona dəyə biləcək bir zərər varsa, bunun qarşısını da Allahın ala biləcəyini, özünü ancaq Allahın qoruya biləcəyini bilərək yaşayar.
Yalnız Allaha möhtac olduğunu, özünü həyatda yaşadan, ona nemətini və köməyini çatdıran, qoruyan, tək gücün Allah olduğunu bilər. Buna görə də heç vaxt insanlardan nəsə ummaz.Allaha, heç bir şəkk-şübhə duymadan iman etmişdir. İmanındakı bu səmimiyyətini həyatının sonuna qədər, hər an davam etdirər,həyatının hər mərhələsində, hər nə çətinliklə qarşılaşırsa qarşılaşsın, Allaha olan bu səmimi inancından imtina etməz. Nemət içərisində olduğunda Allaha qarşı necə şükr edici, məmnuniyyət dolu bir yaxınlıq içərisindədirsə, şərtlər əksinə olduqda da eyni təslimiyyəti göstərməyə davam edər.
Rəbbimizin qullarına olan sonsuz sevgisindən, rəhmətindən, əsirgəməsindən və bağışlayıcı olduğundan əmin, təvəkküllü əxlaqa sahib olar.Bir çətinliklə qarşılaşdığında, Allahın Quranda hər çətinliklə birlikdə bir asanlıq gətirəcəyini bildirdiyini, vacib olanın isə bu çətinlik anında insanın Allaha olan sevgisində, təslimiyyətində və etibarında dözüm göstərməli olduğunu bilər. Allahın ədalətindən, hər hadisəni xeyir və hikmətlə yaratdığından əmindir və Allahın vədindən əsla dönməyəcəyini bilər. Qarşılaşdığı çətinliklər uzun müddət davam etsə belə, heç bir zaman ümidsizliyə qapılmaz, Allahın köməyindən əsla şübhəyə düşməz. Gözəl bir səbir və təslimiyyətlə, Allahın özünə verdiyiylə kifayətlənər və bunda özü üçün bir xeyir olduğunu qəti olaraq bilər. Allahın bu mövzuda Quranda bildirdiyi nümunələri xatirindən çıxarmaz, çətinliklərlə qarşılaşdıqları zaman ümidsizliyə qapılanların təslimiyyətsizliyini bilər. Özünə, hər nə çətinliklə qarşılaşırlarsa qarşılaşsınlar
"... Şübhəsiz Rəbbim, mənimlə bərabərdir, mənə yol göstərəcək"
(Şuəra Surəsi, 62) deyərək Allaha təvəkkül edən peyğəmbərlərin üstün əxlaqını nümunə götürər. Həyatı boyunca qarşısına çıxan hər hadisədə Allahın rəhmətini, yaxınlığını, sevgisini, köməyini və dostluğunu görə bilən bir iman dərinliyi içərisində olar.
Mömin qadınların göstərdikləri bu əxlaqın üstünlüyü, cahiliyyə inanclarıyla formalaşan qadın xarakteri ilə müqayisə edildiyində kəskin bir şəkildə ortaya çıxmaqdadır. Cahiliyyə əxlaqını mənimsəyən qadınlar, həyatları boyunca qarşılaşdıqları hər incəliyi yaradanın Allah olduğunu və bunların hər birində bir çox xeyir və hikmət gizləndiyini düşünmədikləri üçün yaşadıqları hadisələr qarşısında lazım olan təslimiyyəti göstərə bilməzlər.
Belə ki, cahil qadın xarakterinin ən çox bilinən xüsusiyyətlərindən biri, çətinliklər qarşısında göstərilən dözümsüz, səbirsiz, ortalığı təlaşa verən, qarışıqlıq meydana gətirən hərəkətlərdir. Hətta bu səbəblə çox vaxt insanlar, özlərinə yük olmamaları üçün qadınları, çətinliklə qarşılaşma ehtimalı olan mühitlərdən uzaq tutmağa böyük diqqət göstərirlər. Cahil qadın xarakterinin bu əhəmiyyətli xüsusiyyəti bu günə qədər bir çox filmə, ya da romana mövzu olmuşdur. Allaha güvənib təslim olmadıqları üçün, çətinliklərə qarşı qoya biləcək gerçək səbri və gücü özlərində tapa bilməzlər. Gücləri, ancaq bu çətinliyə dözmənin sonunda əldə edə biləcəkləri mənfəətlərin böyüklüyü qədərdir.Iman edən bir qadın isə gücünü imanından və Allahın razılığını qazanma mövzusundakı qəti dayanıqlılığından aldığı üçün, dözümü çox qüvvətli olar. Allah Quranda möminlərin bu əxlaqını
“... Ancaq Allahın haqq yolu doğru yoldur! Bizə əmr edilmişdir ki, aləmlərin Rəbbinə təslim olaq.”
(Ən'am Surəsi, 71) sözləriylə dilə gətirdiklərini bildirməkdədir. Buna qarşılıq Allah, tam bir təslimiyyətlə Özünə təslim olan qullarını belə müjdələməkdədir:
Yaxşı əməl sahibi olub özünü Allaha təslim edən şəxs ən möhkəm dəstəkdən yapışmış olar. Bütün işlərin sonu Allaha qayıdır.(Loğman Surəsi, 22)
Xeyr! Kim yaxşı işlər görüb Allaha təslim olarsa, Rəbbi yanında onun mükafatı olar. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. (Bəqərə Surəsi, 112)
Müsəlman Qadının Rəhbəri Quran və Peyğəmbərimiz (səv) in Sünnəsidir
İman edən bütün insanlar kimi, Müsəlman qadının da tək rəhbəri Qurani Kərim və Peyğəmbərimiz (səv) in sünnəsidir. Mömin qadın bütün şəxsiyyətini, xarakter xüsusiyyətlərini, həyat tərzini, ideallarını, istəklərini, rəftarlarını və əxlaqını Qurana və Peyğəmbərimiz (səv) in tövsiyyələrinə görə təyin edər. Allah, möminlər üçün ən doğru və ən gözəl hökmlərin Quranda olduğunu
“...Qəti inanan bir camaat üçün Allahdan daha yaxşı hökm verən kim ola bilər?”
(Maidə 50) ayəsiylə insanlara bildirmişdir. Yenə bir başqa ayədə isə Allah, Quranın iman edənlər üçün hər mövzuda yol göstərici bir kitab olduğunu belə xəbər vermişdir:
”... Biz Kitabı sənə, hər şeyin açıqlayıcısı, Müsəlmanlara bir hidayət, bir rəhmət və bir müjdə olaraq endirdik.” (Nəhl Surəsi, 89)
Peyğəmbər Əfəndimiz isə
"Sizə iki şey buraxıram. Bunlara uysanız əsla yolunuzu azmazsınız: Allahın Kitabı və Rəsulunun sünnəsi"
sözləriylə, Müsəlmanların ən əhəmiyyətli iki yol göstəricisinin Qurani Kərim və Peyğəmbər Əfəndimizin sünnəsi olduğunu xatırlatmışdır.Quran və Peyğəmbərimiz (səv) in sünnəsi, iman edən bir qadının həyatı boyunca hər mövzuda yol göstəricisidir.
Cahiliyyə cəmiyyətlərində qadınların mənimsədikləri əxlaqa baxıldığında, bu kəslərin vərdişlərinə ya da nəfslərinin istəklərinə görə hərəkət etdikləri görünər. Uşaqlıq illərindən etibarən xarakterlərini formalaşdıran təlqinlər, bu kəslərin hardasa yeganə yol göstəriciləri halına gəlmişdir. Ətraflarında yaşayan qadınların həmişə eyni cür davranmaları , eyni danışıqları, filmlərdə, romanlarda qadınların həmişə eyni xarakteri göstərmələri, qadınlardan bəhs edilərkən eyni ortaq xarakterin dilə gətirilməsi, bu kəslər üçün bu xarakteri sanki bir vərdişə çevirmişdir. Buna görə də onlar üçün yol göstəricilər, bütün qadınların ümumi tətbiqləri və nəfslərinin o ankı istəkləri olmuşdur. Hər hansı bir hadisə qarşısında verəcəkləri reaksiya, alacaqları qərar və hətta bəzən söyləyəcəkləri sözlər belə eynidir. Ancaq əhəmiyyətli olan isə, yol göstəricilərinin tamamilə batil olması və özlərini də səhv bir yola aparmasıdır.Mömin qadınlar isə, hər işlərində Quranı rəhbər etdikləri və Peyğəmbərimiz (səv) in əxlaqını nümunə götürdükləri üçün, daim məqsədəuyğun hərəkət edər , hikmətli qərarlar alar və buna görə də etdikləri hər işdə ən yaxşı nəticələri görərlər. Bundan başqa, cahiliyyə əxlaqının qadınlara yaşatdığı bütün narahatlıqlardan və çətinliklərdən uzaq bir həyat sürərlər. Allahın,
“Mömin olaraq yaxşı iş görən kişi və qadınlara əlbəttə gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq.”
(Nəhl Surəsi, 97) ayəsiylə mömin qadınlara və mömin kişilərə vəd etdiyi kimi gözəl bir həyat yaşayarlar.
Müsəlman Qadının İdealları Böyükdür
Cahiliyyə qadın xarakterinin əhəmiyyətli xüsusiyyətlərindən biri, bu kəslərin üfüqləri, idealları, düşüncələri və həyat tərzlərinin çox dar sahə ilə məhdudlaşmış olmasıdır. Bu xarakteri mənimsəyən qadınların cəmiyyətin onlar üçün nəzərdə tutduğu bəzi müəyyən vəzifə və məsuliyyətləri vardır. Onlardan gözlənilən əslində sadəcə olaraq bunları ən yaxşı şəkildə yerinə yetirə bilmələridir. Bunların xaricində fərqli ideallara sahib olmaları, ya da fərqli mövzularda özlərini inkişaf etdirmələri üçün isə, ümumiyyətlə qadınlara imkan tanınmır. Qadınlar ancaq bu vəziyyətin fərqinə vardıqları və həyatlarını daha fərqli və daha böyük ideallar üzərinə qurma ehtiyacını duyduqları təqdirdə özlərini inkişaf etdirib, düşüncə üfüqlərinin sərhədlərini genişlədə bilərlər.
Qadın üçün nəzərdə tutulan başlıca məsuliyyətlər isə ümumiyyətlə ailəsini və evini maddi və mənəvi baxımdan yaxşı bir şəkildə idarə edə bilməsi və uşaqlarını yetişdirməsidir. Bunların xaricində qadınların uşaqlıq illərindən etibarən aldıqları təlqinlər əsasında maraqlandıqları mövzular isə tamamilə özlərinə aiddir. Bunlar da ümumiyyətlə saçları, makiyajları, paltarları, dəblə ayaqlaşmaq kimi mövzular, ev təmizliyi, yoldaş yığıncaqları kimi fəaliyyətlərlə məhduddur. Əlbəttə insanın ailəvi məsuliyyətlərini yerinə yetirməsində, özünə aid ehtiyaclarını aradan qaldırmaqla maraqlanmasında, ya da evinin təmizliyini təmin etməsində bir səhv yoxdur. Səhv olan, yaşadığı həyatın və boynuna götürdüyü məsuliyyətlərin yalnız bunlarla məhdudlaşdırılmış olması və bunu nə məqsədlə etdiyinin fərqində olmamasıdır.
Allah insanı müəyyən bir məqsədlə yaratmış, üzərinə düşən məsuliyyətləri Quran ilə özünə bildirmişdir. Müsəlman qadın hər şeydən əvvəl onu yaradan, ömür təyin edən , yaşadığı hər an onu qoruyan, nemətləriylə lütfləndirən Rəbbimizə qarşı məsuldur. Allahın Quran ilə insanlara bildirdiyi əxlaqı yaşamaqla, Allaha ibadət və qulluq etməklə, Onun razılığını qazanacaq işlər görməklə məsuldur. Cahiliyyə inancları səbəbiylə, gözəl əxlaqın özlərinə gətirəcəyi dinclik və xoşbəxtlikdən uzaq həyat sürən insanlara Quran əxlaqını izah edib, onların Allahın razılığına, rəhmətinə, cənnətinə qovuşmaları üçün əlindən gələn səyi göstərməklə vəzifəlidir.
İnsanlara şeytanın təqdim etdiyi, xaos və qarışıqlığın hakim olduğu, sevgi, hörmət, dostluq kimi nemətlərin lazımınca yaşana bilmədiyi qaranlıq ruh halından xilas olmanın yolunu göstərmək üçün səmimiyyətlə səy göstərməlidir.Allah Quranın
“Sizə nə olub ki, Allah yolunda və: “Ey Rəbbimiz! Bizi əhalisi zalım olan bu şəhərdən çıxart, bizə Öz tərəfindən bir himayəçi təyin et, bizə Öz tərəfindən bir yardımçı təyin et!”– deyən zəif kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz?”
(Nisa Surəsi, 75) ayəsiylə insanlara, dünya üzərindəki çətinlik çəkən, gücsüz insanların vəziyyətini xatırlatmış, onlara kömək etməyin və yol göstərməyin, vicdan sahibi insanlar üçün bir öhdəçilik olduğunu bildirmişdir.Allah başqa bir ayədə isə
“Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın! Valideynlərə, qohum-əqrəbaya, yetimlərə, kasıblara, yaxın və uzaq qonum-qonşuya, yol yoldaşına, müsafirə və sahib olduğunuz (kölə və kənizlərə) yaxşılıq edin! Həqiqətən, Allah özünü öyənləri və lovğalıq edənləri sevmir.”
(Nisa Surəsi, 36) sözləriylə möminlərin öhdəçiliklərinin yalnız özləri olmadığını, yetimlərə, yoxsullara, yolda qalmışa və daha bunlar kimi möhtac olan bir çox insana kömək əlini uzatmaqla da məsul olduqlarını xatırlatmışdır.Müsəlman qadın bütün bu məsuliyyətlərinin şüurunda olan insandır. Buna görə də heç bir zaman yalnız öz ehtiyaclarının arxasına düşüb, yalnız özünü maraqlandıran bir neçə məsuliyyəti yerinə yetirib Allahın bildirdiyi bu öhdəçilikləri göz ardı edə bilməz. Həyata dair ideallarını, düşüncələrini yalnız bu şəkildə məhdudlaşdırmaz. Dünyanın dörd bir tərəfindəki çətinlik içərisindəki insanların, aclıq çəkən, epidemiya xəstəliklərlə mübarizə edən, döyüş və qarşıdurma mühitlərinin çətinliyini yaşayan uşaqların, qadınların, yaşlıların bütün çətinliklərini sanki öz problemiymiş kimi düşünüb onlara kömək etmək üçün əlindən gələn səyi göstərər.Bundan əlavə, gündəlik həyatında qarşısına çıxan məsələlərdə də, hər mövzuya həqiqətən layiq olduğu qədər dəyər verər.
Əsl məqsədinin Allahın razılığını qazanmaq, Onun bəyəndiyi əxlaqı yaşamaq və insanlara da gerçək dincliyi və xoşbəxtliyi yaşaya biləcəkləri bu əxlaqı izah etmək olduğunu bilər. Bu səbəblə də, bəzi qadınların gündəlik həyatlarında qarşılaşıb çox əhəmiyyətli gördükləri, gözlərində böyüdüb kədərləndikləri bir çox mövzunun, insanın gerçək məqsədinin yanında, nə qədər boş və nə qədər əhəmiyyətsiz mövzular olduğunu bilərək hərəkət edər.
Müsəlman Qadın Əsilzadədir
Allah Quranın "Nəfsə və onu yaradana”, sonra ona fücurunu (sərhəd tanımayan günah və pisliyini) və ondan çəkinməyi ilham edənə (and olsun). Onu təmizləyən həqiqətən qurtulmuşdur. Və onu (günaha) batıran isə ziyana uğramışdır."
(Şəms Surəsi, 7-10) ayələriylə, idarə olunmadığı təqdirdə, nəfsin insanı sərhəd tanımayan pisliklərə sürüyəcəyinə diqqət çəkmişdir. Allah qorxusu və axirət inancı, insanlara nəfslərində olan bu pisliklərdən çəkinəcək gücü və ağlı qazandırar.
Bu xüsusiyyətlər olmadığı təqdirdə isə, insan Allahın axirətdə özünü, dünya həyatında göstərdiyi rəftarlardan məsul tutacağını düşünmədən hərəkət edər. Bu vəziyyətdə də nəfsinin istəklərini yerinə yetirməkdə bir qorxu görməz. İçindən gələn rəftar hər nə qədər pis də olsa, bundan çəkinməsi üçün özünə etibarlı bir səbəb tapa bilməz. O anda nəfsi hirslənməsini ilham edirsə dərhal bu təlqinə qapılar. Ya da qısqanclıq təlqini verib, buna bağlı olaraq qarşı tərəfə pis bir münasibət göstərməsini təlqin edirsə, bunu da dərhal tətbiq edər. Hirsliliyini ya da qısqanclığını tənəli sözlər söyləyərək, lağ edərək, böhtan ataraq, yalan danışaraq, intriqa edərək, ikiüzlü bir rəftarla göstərməsini ilham edirsə bütün bunları heç düşünmədən dərhal xaricə vurar. Allaha hesab verəcəyini düşünmədiyi üçün də bütün bu rəftarları tətbiq etməkdə heç bir qorxu görməz.
Halbuki bunların hamısı, Allahın ayədə bildirdiyi kimi, nəfsin insanları çağırdığı sərhəd tanımayan pisliklərindəndir. İnsan nəfsinin təlqinlərinə uyaraq hərəkət etdiyində, insanların gözündə heç bir şəkildə böyüməz, əksinə kiçilər. İçindən gələn duyğuları, pis olduğunu bildiyi halda idarə altına ala bilmə mələribu insanların zəifliklərini və vicdanlarını istifadə etməydiklərini ortaya qoyar. Yetkin ola bilməmək, nəfsinin istəkləriylə zidd düşdüyündə ağıllı və məqbul rəftar göstərməmək insanları hörmətdən salan məqamlardır. Halbuki 'əsilzadə və gözəl olan', Allahın yenə ayədə ifadə etdiyi kimi, nəfsin bütün bu pislik təlqinlərinə qarşı 'ondan çəkinmək və vicdana uyğun bir rəftar göstərməkdir. Bu, əmək tələb edən amma eyni zamanda da insanı ucaldan, böyüdən, insanların hörmətini və sevgisini qazandıran bir əxlaqdır.
Müsəlman qadın bu əsilzadəliyi göstərən, sadə rəftarlara, kiçik mənfəətlərə tənəzzül etməyən bir xarakterə malikdir. Allah Quranın
"Onun köynəyinin arxadan çəkilib-cırıldığını gördüyü zaman (əri): "Doğrusu, bu sizin hiylələrinizdən (biri)dir. Həqiqətən sizin hiyləniz böyükdür" dedi."
(Yusuf Surəsi, 28) ayəsiylə qadınların ' hiylə qurmağa münasib` xarakter strukturlarına diqqət çəkmişdir. Cahiliyyə əxlaqını yaşayan bəzi qadınlar, hadisələr qarşısında ağıllı həllərə müraciət etmək yerinə, bunları hiylə quraraq, intriqayla, yalan danışaraq həll etməyə çalışarlar. Şeytanın təlqinlərinə uyduqları üçün, dürüstlüklə, açıq ürəkliliklə, səmimiyyətlə təhlil edilə biləcək mövzularda ikiüzlü və hiyləgər üsullara müraciət edə bilərlər. İman sahibi bir qadın isə, Allah qorxusu səbəbiylə, cahiliyyə qadınlarının bu əxlaqından tamamilə uzaqdır.
Cahiliyyə əxlaqını mənimsəyən qadınlarda görülə bilən xüsusiyyətlərdən bir başqası isə, qısqanclıqdır. Allah Quranın
"De ki: Səhərin Rəbbinə sığınaram. Yaratdığı şeylərin şərrindən, Qaranlığı çökdüyü zaman gecənin şərrindən, Düyünlərə üfürən-qadınların şərrindən, Və həsəd etdiyi zaman, həsəd aparanın şərrindən."
(Fələq Surəsi, 1-5) ayələriylə, qısqanc kəslərin şərrindən çəkinilməsinə diqqət çəkmişdir. Cahiliyyə cəmiyyətlərində bəzi qadınlar, bu əxlaqı çox sıx yaşayarlar. Bu da onlara şübhəli rəftarları, səbəbsiz kaprizləri, küskünlükləri və sonu olmayan mübahisələri gətirər. Onları narahat və bədbəxt bir həyata sürüyər. Qısqanclıqları üzündən həm özlərinə, həm ətraflarındakılara, həm də sevdikləri insanlara maddi-mənəvi böyük zərərlər verərlər. İman sahibi bir qadın isə, bu xüsusiyyətin insanı həm dünyada, həm də axirətdə hörmətdən salacağını və böyük itkilərə uğradacağını bilərək, nəfsinin bu xüsusiyyətindən səmimiyyətlə çəkinər.
Cahiliyyə cəmiyyətlərində bəzi qadınların göstərdikləri rəftar pozuqluqlarından biri də lağlağıçılıqdır.
” Ey iman gətirənlər! Bir camaat digərini məsxərəyə qoymasın. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Qadınlar da qadınları (lağa qoymasınlar). Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Bir-birinizə tənə vurmayın və bir-birinizi pis ləqəblərlə çağırmayın...”
(Hucurat Surəsi, 11) ayəsiylə, bir-birləriylə lağ etməyə, pis ləqəblər qoşaraq hörmətdən salmaq kimi rəftarlarına qarşı qadınları xəbərdar etmişdir.
Cahiliyyə əxlaqının meydana gətirdiyi qadın xarakterində axirətdə alınacaq qarşılıq düşünülmədiyi üçün lağ etməkdə, insanların qüsurlarını əyləncə halına çevirməkdə bir qəbahət görülməz. Bunda ciddi mənada bir pislik olmadığı qarşıya qoyular və məsxərə bir növ 'zarafat tərzi' olaraq qiymətləndirilər. Bəzən də insanları məsxərəyə qoymaq danışaraq deyil, qaş göz işarələri,bəzi üz mimikaları ya da əl hərəkətləriylə ifadə edilər. Bəzən də bu mimikaların yerini, pıçıltıyla etdikləri danışıqlar alar.
İman sahibi bir qadın isə, bu və buna bənzər rəftarların heç birinə tənəzzül etməz. Bütün bunların Allahın razı olmayacağı, insanı hörmətdən salan, əsilzadəlikdən uzaqlaşdıran və şəxsiyyətini zədələyən davranışlar olduğunu bilər. Quran əxlaqına uyğun bir əxlaqda olmağın insanı daim ən əsil mövqeyə gətirəcəyini bilərək bu mövzuda davamlılıq göstərər.
Bunlarla bərabər, Allah bir başqa ayədə də,
Ey iman gətirənlər! Zənnə çox qapılmayın. Çünki zənn edilənlərin bir qismi günahdır. Bir-birinizi güdməyin, bir-birinizin qeybətini qırmayın. Sizdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi? Siz ki, bundan iyrənirsiniz. Allahdan qorxun! Həqiqətən, Allah tövbələri qəbul edəndir, Rəhmlidir.
(Hucurat Surəsi, 12) şəklində bildirərək, 'insanların gizli xasiyyətləri araşdırmanın, arxalarından çəkişdirmənin' səhvini xatırlatmışdır.
Müsəlman bir qadın, bu mövzuda da diqqətcil olar və bu davranışlardan daim çəkinər. Quran əxlaqını yaşadığı üçün hər an əsilzadə və təmkinli bir şəxsiyyət göstərər. Məsələn hirslənəcək bir vəziyyət ilə qarşılaşdığında hirsini tutub saxlayar. Ya da qarşısındakı insanların bir qüsurunu gördüyü zaman bunu əsla məsxərə mövzusu etməz, əksinə ən gözəl şəkildə düzəltməyə çalışar. Bir başqasının özündən üstün olan bir xüsusiyyəti varsa, bunu qısqanmaq yerinə, onu gözəl bir tərzdə tərifləyər. Qarşılaşdığı hər münasibətə, ola biləcək ən əsilzadə qarşılığı verməyə çalışar, Quran əxlaqına ən uyğun olan rəftarı göstərər. Qarşısındakı insanlar özünə sadə rəftarlarla cavab versələr belə, o yenə də əsilzadə və təmkinli rəftarlarından güzəşt verməz, əsilzadəliyində davamlı olar.
MÜSƏLMAN QADIN GÜCLÜ VƏ İRADƏLİ BİR XARAKTERƏ SAHİBDİR
Cahiliyyə əxlaqında güc dedikdə pul, şan şöhrət, etibar sahibi olmaq, nəzərdə tutulur. Bunlardan ən az biri əldə edildikdə güc sahibi olunacağına inanırlar. Bəzən də bu xüsusiyyətlərə sahib olan kəslərin himayələri altına girildiyində insanların özlərini güclü hiss edə biləcəkləri düşünülür. Halbuki dünya həyatının hər an əldən gedə biləcək ötəri dəyərləriylə əldə edilən bir güc, əlbəttə eyni şəkildə asanlıqla itirilə bilən xüsusiyyətdədir.
Möminlər isə güclərini imanlarından alarlar. Buna görə hansı şərtdə olursa-olsun, güclərində bir dəyişiklik olmaz. Bu, mömin qadının da xarakterini təyin edən əhəmiyyətli bir xüsusiyyətdir. Allah Quranda güclü, heç zaman sarsılmayan şərəfli şəxsiyyətlərinə belə diqqət çəkir:
Ey iman gətirənlər! Sizlərdən hər kim dinindən dönsə, Allah (onun əvəzinə) Özünün sev-diyi və Onu sevən, möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olan, Allah yolunda cihad edən və tənə edənin tənəsindən qorxmayan bir camaat gətirər. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah (hər şeyi) Əhatə edəndir, Biləndir. (Maidə Surəsi, 54)
Allahın bu ayədə bildirdiyi başqa bir əhəmiyyətli mömin xüsusiyyəti də, iman edənlərin, insanların qınamasından təsirlənməyən güclü bir şəxsiyyətə sahib olmasıdır. Möminlər, tarix boyu bir çox peyğəmbərin, yaşadıqları cəmiyyətlər tərəfindən müxtəlif şəkillərdə günahlandırılıb qınandıqlarını, əziyyətlərə məruz qaldıqlarını, yurdlarından sürgün edildiklərini və hətta bu səbəblə öldürüldüklərini bilirlər. Peyğəmbərlərin bütün bu çətinliklər qarşısında göstərdikləri güclü, dayanıqlı və möhkəm şəxsiyyəti, səbri, dayanıqlılığı və təvəkkülü özlərinə nümunə götürürlər. Allahın
" Siz hökmən malınız və canınızla sınaqdan keçiriləcəksiniz. Sizdən əvvəl Kitab verilən-lərdən və müşriklərdən bir çox əziyyətverici sözlər eşidəcəksiniz. Əgər səbir edib (Allahdan) qorxsanız, (bilin ki,) bu, əzmkarlıq (tələb edən) əməllərdəndir."
(Ali İmran Surəsi, 186) ayəsiylə bildirdiyi kimi, dünya həyatındakı imtahanın bir tələbi olaraq, möminlərin çətinlik və sıxıntılarla sınanacaqlarını, inkar edənlərdən 'əziyyət verən' sözlər eşidərək qınana biləcəklərini bilirlər. Bütün bunları, Allaha qarşı olan səmimi imanlarını, təslimiyyətlərini və sədaqətlərinin gücünü göstərə biləcəkləri hadisələr olaraq görüb şövqlə qarşılayar və güclü bir iradə göstərərlər.
Həqiqətən, iman gətirib saleh əməllər edən, namaz qılan və zəkat verənləri Rəbbinin yanında mükafatlar gözləyir. (Bəqərə Surəsi, 277)
Heç vaxt cahiliyyə əxlaqını yaşayan qadınlarda görünən zəifliklərə qapılmazlar. Kiminsə sözü, rəftarı, ya da tənqidi, zəiflik edib gücsüzləşməklərinə, cəsarətlərinin qırılmasına səbəb olmaz. Küsəyənlik, kövrəklik kimi romantik reaksiyalar verməyi heç zaman üçün özlərinə yaraşdırmazlar. Hər nə olursa olsun Allaha təvəkkül edərlər. Başlarına hər nə gəlirsə gəlsin, Allahın sonsuz ədalətli olduğunu, hər şeyi görüb bildiyini, kimsənin 'xurma dənəsindəki bir ip” qədər belə haqsızlığa uğradılmayacağını bilməyin rahatlığını yaşayarlar. (Nisa Surəsi, 49) Allaha təslim olarlar. Özlərini qınayan adam, bu dünyagörüşündə haqsız isə, bu haqsızlığını Allahın mütləq ortaya çıxaracağını bilər, bundan ötəri təlaşa qapılmazlar
Bəzi cahiliyyə qadınları isə, güc və iradənin kişilərə aid olan xüsusiyyətlər olduğuna inanırlar. Kişilərin, çətinliklər və sıxıntılar qarşısında, həm özləri, həm də yanlarındakı qadınlar üçün güc və iradə göstərməklə məsul olduqlarını düşünürlər. Qadınların edə biləcəkləri ən yaxşı işi isə, onlara sığınmaq və onların ağıllarına, iradələrinə və güclərinə təslim olmaq olduğunu sanırlar. Bu səbəblə, daim kişilər tərəfindən qorunmağı gözləyirlər. Xüsusilə də çətinlik və sıxıntılı mühitlərlə qarşı-qarşıya qaldıqlarında, bütün güclərini və iradələrini də itirir, təlaşa qapılırlar. Bu da ağıllarının yaxşıca qarışmasına və məntiqli düşünmə qabiliyyətlərini itirmələrinə səbəb olur.
Bunun kimi, cahiliyyə əxlaqını mənimsəyən bəzi qadınlar, göstərdikləri bu zəif şəxsiyyət səbəbiylə, insanların özləri haqqında nə düşündüyünə də gərəyindən çox əhəmiyyət verərlər. Çox vaxt sırf insanların gözünə girə bilmək, onlar üzərində müsbət bir təəssürat buraxıb aralarında yaxşı bir yer əldə edə bilmək üçün, səhv olduğunu bilə-bilə bəzi hərəkətlər edə bilərlər. Eyni şəkildə, bu insanlar tərəfindən bəyənilmədiklərinə, qınandıqlarına ya da təhqir olunduqlarına dair hər hansı bir reaksiyayla qarşılaşacaq, bu istiqamətdə hər hansı bir söz eşidəcək olsalar da, böyük bir depressiyaya düşə bilərlər. Əhəmiyyətli olanın Allah Qatındakı dəyərləri olduğunu düşünmədikləri, bunun yerinə yalnız insanların razılığını hədəflədikləri üçün, bütün edib etdiklərinin boşa getdiyinə inanar və böyük bir kədərə qapılarlar. Əhvallarının pozulmasıyla birlikdə də bütün güclərini, iradələrini və cəsarətlərini itirərlər.
Müsəlman bir qadın isə, doğru olduğunu bildiyi bir mövzuda heç bir zaman bir insanın qınamasından ötrü geri addım atmaz. Allah Quran ayələri ilə insana doğrunu və səhvi bütün detallarıyla bildirmişdir. Müsəlman qadının ölçüsü Qurandır. Əgər Allahın Quranda bildirdiyi əxlaqı göstərdiyi üçün ətrafındakı insanlar tərəfindən qınanırsa, bu tam əksinə onun bu istiqamətdəki şövqünü, iradəsini və istəyini daha da gücləndirər. Allahın razılığını qazana bilməsi onun üçün, insanların məmnuniyyətinin və düşüncələrinin çox üzərindədir. Çünki insanı əsl olaraq qiymətli edən Allah Qatındakı mövqeyidir. Bunu təyin edən də onun Quran əxlaqına uyğun hərəkət edib etmədiyidir. Bu səbəblə insanların nə dediyinə, ya da əksəriyyətin qənaətinə görə deyil, Quran əxlaqına görə bir əxlaq göstərərlər. Tək başına qalsalar belə çoxluğa tabe olmaz, müstəqil davranarlar.Bədiüzzaman Səid Nursi də sözlərində bu mövzuya diqqət çəkmiş, Allahın razılığına uyğun hərəkət etdikdən sonra insanların razılığının heç bir əhəmiyyəti olmayacağını belə ifadə etmişdir:
… Razılığı İlahi kafidir. Əgər O yar isə, hər şey yardır. Əgər O yar deyilsə, bütün dünya alqışlasa beş pula dəyməz. ..22
Əməlinizdə Allah rizası olmalı. Əgər O razı olsa, bütün dünya küssə əhəmiyyəti yox. Əgər O qəbul etsə, bütün xalq rədd etsə təsiri yox. O razı olduqdan və qəbul etdikdən sonra, istəsə və hikməti lazım gəlsə, sizlər istəmək tələbində olmadığınız halda, xalqlara da qəbul etdirər, onları da razı edər. Onun üçün, bu xidmətdə birbaşa tək Cənabı Haqqın razılığını əsas məqsəd etmək lazımdır. 23
Ey nəfs əgər təqva və əməli saleh ilə Xaliqini razı etdinsə, xalqın razılığını təhsilə lazım deyil, o kafidir. Əgər xalq da Allahın hesabına rza və məhəbbət göstərsələr yaxşıdır. Əgər onların ki dünya hesabına olsa qiyməti yoxdur. Çünki onlar da sənin kimi aciz qullardır. .."24
Müsəlman Qadın Etidallı və Sabit Xarakterə Malikdir
Həyatı öz təyin etdikləri qaydalarla yaşayan insanlar, nəfslərinin o andakı istəklərinə tabe olaraq asanlıqla bu qaydaları poza bilirlər. Həyatlarına istiqamət verən və şəxsiyyətlərində davamlı olaraq sabit qalmağı təmin edən mütləq doğru olduğuna inandıqları yol göstəriciləri yoxdur. Buna görə xarakterləri zamanla dəyişə bilir. Rəftarlarında müəyyən bir sabitlikdən bəhs etmək mümkün olmur.
Ümumiyyətlə, bu şəxslərin rəftarlarındakı dəyişkənliyi təyin edən güc nəfsləridir. Allah Quranda nəfslərin eqoist ehtiraslara uyğun olaraq yaradıldığını bildirir. Əgər insan nəfsinin özünü istiqamətləndirməsinə icazə versə, bütün rəftarları bu eqoist ehtirasları istiqamətində formalaşacaq. Bu eqoist ehtiraslar isə sabit, və etidallı bir şəxsiyyət nümayiş etdirməsinə təsir edəcək. İnsan nəfsinin təlqinləri nəticəsində bir anda hirslənəcək, romantikləşəcək, küsüb inciyəcək, qısqanclıq hissinə qapılacaq və bunlara bağlı olaraq da ani qərarlar verə biləcək. Buna görə də xarakteri ətrafındakı insanlar üçün həmişə bir sürpriz olacaq. Bir anı başqa bir anına uyğun gəlməyəcək. Hər an ruh halı, düşüncələri, duyğuları, qərarları və dünyagörüşü dəyişəcək. Belə bir insan isə əsassız və qeyri-sabit davranışlarıyla həmişə ətrafındakı insanlar üzərində narahatlıq və etibarsızlıq hissi oyandıracaq.
Bu şəxsiyyət quruluşuna, dindən uzaq yaşayan cəmiyyətlərdə görülən qadın xarakterində rast gəlmək mümkündür. Quran əxlaqının qazandırdığı dünyagörüşündən uzaq olduqları üçün, bu şəxslər qadın xarakterinə yaraşdırılan romantikliyi tamamilə qəbul edir və bu rəftarın bütün həyatlarını istiqamətləndirməsinə icazə verirlər. Bu da onları ağıldan uzaqlaşdırır və bəzi qeyri-sabit münasibətlər içərisinə sürükləyir.
Müsəlman qadının rəhbəri isə Qurandır. Allah Quranda nəfsin adamı daim pisliyə çağıracağı və şeytanın da insanı əsassızlığa, ağılsız hərəkət etməyə və istəklərinin, ehtiraslarının tələb etdiyi şəkildə hərəkət etməyə məcbur edəcəyi mövzusunda insanları xəbərdar etmişdir. Bütün bunlara qarşı, özünə Quranı rəhbər edən, vicdanının səsiylə hərəkət edən insanların isə ideal bir şəxsiyyət qazanacaqlarını, həm dünyada, həm axirətdə üstün mövqeyə gələcəklərini xatırlatmışdır.
Müsəlman qadın Allahın göstərdiyi yola tabe olduğundan bu güclü və üstün şəxsiyyəti qazanmışdır. Rəhbəri Quran olduğu üçün hadisələr qarşında göstərəcəyi münasibətlər, verəcəyi reaksiyalar həmişə İslam əxlaqına görə olar. Bu da ona etidallı və sabit bir şəxsiyyət qazandırar. Necə hərəkət edəcəyi, hadisələri hansı dünyagörüşüylə, necə bir məntiqlə qiymətləndirəcəyi ətrafındakılar üçün heç bir zaman sürpriz olmaz. Ağlı, vicdanı, rəftarları, danışıqları həmişə Quran əxlaqının gətirdiyi sabitliyi əks etdirər. Buna görə də etibarlı bir xarakterə malikdir. Əxlaqındakı və şəxsiyyətindəki bu sabitliyə görə cahiliyyə cəmiyyətlərində ön plana çıxan qadın xarakterindən çox uzaq bir xarakter nümayiş etdirər.
Müsəlman Qadın Romantik Bir Xarakterə Sahib Olmaz
Romantizm, din əxlaqının yaşanmadığı cəmiyyətlərdə mənfi bir xüsusiyyət hesab edilmir. Hətta romantizmin əslində hər insanın xarakterində az-çox olması lazım olan əhəmiyyətli bir xüsusiyyət olduğuna inanılır. Bu düşüncəyə görə romantizmin səbəb olduğu hərəkətlər, yaşanması lazım olan insani duyğulardır. Bu səbəblə romantizmdən qaynaqlanan 'incimə, şikayət etmə, xətrinə dəymə, ağlama, içinə qapanma, durğunluq, qısqanclıq, əsəbilik' kimi yanlış xüsusiyyətlərin, 'insanın içindən gələn duyğular' olduğunu iddia edərək daima buna təşviq edirlər.
Halbuki bu düşüncə tamamilə səhvdir. Xüsusilə də cahiliyyə cəmiyyətlərində yaşanılan qadın xarakterində görünən romantizm, insanın zəif bir xarakter göstərməsinə səbəb olur. İnsan hadisələr qarşısında duyğularının özünü istiqamətləndirdiyi şəkildə hərəkət etdiyi üçün ağıldan çox uzaqlaşacaq. Məntiqli və doğru düşünə bilməyəcək, məqsədəuyğun qərarlar qəbul edə bilməyəcək vəziyyətə düşəcək.
Müsəlman qadın, bütün həyatını və xarakterini Qurana görə təyin etdiyi üçün, nəfsin bu xüsusiyyəti və ona qarşı necə mübarizə aparmalı olduğu haqqında ən doğru məlumatlara malikdir. Romantizmin, insanın ağlını örtdüyünü, doğru düşünə bilməsini əngəllədiyini, həqiqətləri olduğu kimi görə bilməsinə maneə törətdiyini, insanı zəif, müqavimətsiz və gücsüz hala gətirdiyini bilir. Bundan başqa cahiliyyə əxlaqının səbəb olduğu qadın xarakterinə uyğun olan duyğulanmaq, kədərə qapılmaq, ağlamaq, deyinmək, hirslənmək, qısqanclıq etmək, içinə qapanmaq kimi davranışların, iman sahibi bir insanın xarakteriylə uyğun olmayan xüsusiyyətlər olduğunun da şüurundadır. Çünki bütün bu davranışlar, Allahın bəyənmədiyi və uzaqlaşmalı olduğu davranışlardır. Bu mənfi davranışların hər biri, insanın təməldəki bəzi inanc pozuqluqlarından və bəzi gerçəklərin kifayət qədər şüuruna varmamış olmasından qaynaqlanır. Asanlıqla hüznə qapılan, ağlayan, nəfsinə məğlub olan, qısqanclığa qapılan, durğunlaşıb səssizləşən, içlərinə qapanan insanlar, Allahın gücünün, hər şeyi xeyir, hikmət və ədalətlə yaratdığının, istədiyi an istədiyi hər şeyi reallaşdıra biləcəyinin, insanların dualarına cavab verəcəyinin şüurunda deyillər. Hadisələr qarşısındakı bütün kədərləri, hirsləri, qısqanclıqları həmişə bu dünyagörüşündəki səhvlərdən və inanc pozuqluqlarından qaynaqlanır.
Allaha könüldən bağlılıq, səmimi təslimiyyət, hər hadisənin Allahın idarəsində olduğunu bilərək, hər şeyi xeyir gözüylə qiymətləndirmək, insanın duyğularına qapılıb mənfi münasibət göstərməsinə mane olur. Müsəlman qadın Allaha olan güclü sevgisi və dərin Allah qorxusundan romantikliyin səbəb olduğu bütün yanlış davranışlardan çox çəkinər. Müsəlman qadın Allahın
"Onlar deyərlər: “Ey Rəbbimiz! Bizə gözümüzün aydınlığı olan zövcələr və övladlar bəxş et və bizi müttəqilərə imam et!” "
(Furqan Surəsi, 74) ayəsiylə bildirdiyi şəkildə, bütün hərəkətləriylə, xarakterləriylə, yüksək əxlaqıyla insanlara nümunə olmağı hədəfləyən insandır. Bu da ona heç bir hadisə qarşısında aciz qalmayan güclü şəxsiyyət qazandırır.
Mömin qadınlar, xüsusilə qadın əxlaqında geniş şəkildə görünən bu davranışlardan çəkinib güclü xarakter göstərməyin, bu xarakteri mənimsəyən qadınlar üçün gözəl bir nümunə olacağını bilər, bu şüur və məsuliyyətlə hərəkət edərlər. Allahın
"...Nəfsinin tamahından qorunan kimsələr nicat tapanlardır."
(Həşr Surəsi, 9) ayəsiylə bildirdiyi kimi, nəfslərini pisliklərdən təmizlədikləri üçün dünyada və axirətdə nemətə, rahatlığa qovuşar və xoşbəxtliyi ən gözəl şəkildə yaşayarlar. Romantizmin insanlara yaşatdığı bütün çətinliklərdən, kədərlərdən uzaq olarlar.
Müsəlman Qadın Səmimi və Təbii Şəxsiyyətə Malikdir
Səmimiyyət insanın daxiliylə xaricinin eyni olması, ürəyində hiss etdiklərini qarşısındakı insana da olduğu kimi əks etdirməsi, mümkün olduğu qədər dürüst, açıq və dəqiq olmasıdır. Səmimi düşüncələrini və həqiqi şəxsiyyətini heç gizlətmədən, özünü olduğundan fərqli göstərməyə cəhd etmədən açıqca ortaya qoymasıdır. Səmimiyyətin əhəmiyyətli bir xüsusiyyəti isə, ürəkdə yaşanmadığı təqdirdə xaricə qarşı heç cür təqlid edilməsinin mümkün olmamasıdır. Səmimi insanın bütün rəftarları təbii və içindən gəldiyi kimidir və bu təbiilik də insanlar üzərində çox dərin və müsbət təsir oyadır. Səmimi insanın baxışları, danışışığı, üslubu, mimikaları çox təbii və təsiredicidir.
Ancaq bir çox insan səmimiyyətin bu gücündən və təsirindən xəbərsizdir. Buna görə də, ancaq səmimiyyətlə qazanılması mümkün olan bu xüsusiyyətləri çox fərqli münasibətlərdə axtarırlar. Bəzi insanlar qarşılarındakı insanlara təsir etmək üçün süniliyə müraciət edirlər. O adamın ən çox hansı münasibətlərdən, hansı düşüncələrdən təsirlənəcəyini düşünürlərsə, içlərindən gəlmədiyi, ya da o cür düşünmədikləri halda, qarşı tərəfi məmnun edə bilmək üçün o şəkildə görünməyə çalışırlar. Ətraflarındakı insanların bir-birlərindən çox fərqli xarakter xüsusiyyətlərinə sahib olduqlarına görə, hər birinin yanında fərqli şəxsiyyətə bürünməyə, fərqli münasibətlər göstərməyə, fərqli düşüncələri müdafiə edirmiş kimi görünməyə çalışırlar. Halbuki bu çox səmimiyyətsiz rəftardır və insanı ikiüzlü olmağa yönəldir. Nəticədə bütün bu saxta davranışlar və düşüncələr, adamın gerçək xarakterini əks etdirmədiyi üçün qarşı tərəf üzərində gözlənilən təsiri vermir. Hətta tam əksinə antipatiya, soyuqluq və uzaqlıq yaradır. Bu adamın gerçək şəxsiyyətini gizlədiyini və hər rəftarının süni olduğunu bilmək, qarşısındakı adam üzərində bir narahatlıq yaratmasına səbəb olur.
Allah Quranda özlərini insanların razılığını və məmnuniyyətini qazanmağa həsr etmiş bu insanların vəziyyətini bu cür açıqlamışdır:
Allah bir-biri ilə çəkişən bir neçə şərikli ağası olan kişi ilə tək bir ağası olan kişini məsəl çəkir. Onlar məsəlcə eyni ola bilərmi? Həmd Allaha məxsusdur, lakin onların əksəriyyəti (bunu) bilmir. (Zumər Surəsi, 29)
Allahın Quranda bildirdiyi gerçəklərdən uzaq yaşayan cahiliyyə insanları, səmimiyyətsizliyin Allah Qatındakı və insanlar üzərindəki qarşılığını lazımi qədər düşünmədikləri üçün süni münasibətlər göstərməkdə problem görmürlər. Sünilik, xüsusilə də cahiliyyə cəmiyyətlərindəki qadın xarakterində görünə bilər. Bəzi qadınlar arxalarından danışdıqları, əslində heç bəyənmədikləri, hörmət etmədikləri insanların üzlərinə qarşı ortaq mənfəətlərinə görə, səmimiyyətsiz bir sevgi və maraq göstərə bilirlər. Çəkinmədən bir-birlərinə yalan danışıb aldada bilir, bir insan haqqındakı mənfi qənaətlərini gizləyib, soruşulduğunda tam əks məlumat verə bilirlər. Eyni şəkildə çox sevdikləri, dəyər verdikləri insanlara qarşı müxtəlif səbəblərlə bu duyğularını gizləyib tam əks bir təəssürat da verməyə çalışırlar.
Müsəlman bir qadın isə ürəyindəki Allah qorxusuna görə bu cür rəftarlardan qətiyyətlə uzaq dayanar. Heç vaxt kiçik mənfəətlər uğrunda insanların məmnuniyyətini qazanmağa çalışmaz. Bütün bunların insanı həm Allah Qatında, həm də insanların gözündə hörmətdən salacaq sadə rəftarlar olduğunu bilər və heç vaxt bu cür əməllərə tənəzzül etməz. Məqsədi həyatının hər anında Allahın razılığını qazana biləcəyi davranışlar göstərməkdir. Allahın bəyəndiyi əxlaqın isə ancaq səmimiyyət ilə yaşana biləcəyini bilir. Allahın
"... O, kökslərdə olanları Biləndir."
(Şura Surəsi, 24) ayəsiylə bildirdiyi kimi insanların ürəklərində gizlədiklərini bildiyinin şüurundadır. Allah bu gerçəyi bir başqa ayədə
"Sən ucadan danışsan da (danışmasan da, fərqi yoxdur). Çünki (Allah) sirri də, (bundan) daha gizli olanı da bilir."
(Taha Surəsi, 7) şəklində bildirmişdir. Buna görə də ürəyində olanı ətrafındakı insanlardan gizləməsinin insana heç bir faydası olmaz. Onsuz da Allah bunu bilir. İnsanın bu gerçəyə baxmayaraq, insanları aldatmağa çalışması böyük bir səmimiyyətsizlik olar.
Bununla bərabər, Müsəlman qadın, insanların razılığını qazanmağın adama nə dünyada, nə də axirətdə bir fayda verməyəcəyini də bilir. Allah Quranda Özünə şirk qoşulmasını bağışlamayacağını bildirmişdir. Bu səbəblə iman sahibləri şirkdən və insanların razılığını qazanmağa aid bütün rəftarlardan qətiyyətlə çəkinirlər. Bu da onların səmimiyyətdə ömür boyu daimi olmalarını təmin edir.
Müsəlman Qadın Dürüstdür
Allah Quranın
" Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz danışın ki, O, əməllərinizi islah etsin və günahlarınızı bağışlasın...."
(Əhzab Surəsi, 70-71) və
"... yalan sözlərdən də çəkinin"
(Həcc Surəsi, 30) ayələriylə insanlara yalandan çəkinib doğru söz söyləmələrini xatırlatmışdır. Allah yalan danışmağın bir çox pisliyi də özü ilə gətirib insanı şeytanla dostluğa sövq etdiyini bildirmişdir:
Şeytanların kimə nazil olduqlarını sizə xəbər verimmi? Onlar hər bir yalançıya və günahkara nazil olarlar. (Şeytanlar vəhydən) eşitdiklərini (kahinlərə) təlqin edirlər. Halbuki onların əksəriyyəti yalançıdır! (Şuəra Surəsi, 221-223)
Müsəlman qadın Allahın
"Məhv olsun yalançılar!"
(Zariyat Surəsi, 10) ayəsiylə bildirdiyi kimi yalanın Allahın bəyənmədiyi və qadağan etdiyi bir hərəkət olduğunu bilərək həyatı boyunca bu hərəkətdən çəkinər. İnsanın dünyada söylədiyi hər sözün, axirətdə qarşısına çıxacağını bilər. Xeyir üçün deyilən hər söz Allahın rəhməti və nemətiylə qarşılıq görərkən, yalan yerə deyilən sözlər də insanların üzərinə böyük yük və məsuliyyət olacaq. Bu səbəblə mömin qadın hər sözünü axirətdə Allaha hesabını verəcəyini düşünərək danışar.
Yalan axirətdə insanı ziyana uğradacaq. Yalanın dünya həyatında da insana heç bir qazanc vermədiyi unudulmamalıdır. Yalan söz insanı daim maddi və mənəvi itkilərə uğradar. Yalan danışaraq insanlara qarşı ikiüzlü və səmimiyyətsiz rəftar mənimsəyən insanın üzündə səmimiyyətsiz və saxtakar ifadə əmələ gələr. Öz daxilində insanları aldatdığını, dürüst və səmimi olmadığını bildiyi üçün özünə olan hörmətini itirər. Həm də yalan danışaraq aldatdığını düşündüyü insanlara qarşı olan hörmətini itirər. Öz səmimiyyətsizliyini onların hiss etdiklərini düşünməsi, bu insanlara qarşı qürurlu dünyagörüşünə sahib olmasına və onları kiçik görməsinə səbəb olar. Bundan başqa yalan, ümumiyyətlə arxasından daha çox yalan gətirər. Adam yalanını gizlədə bilmək üçün hər dəfə onu daha da bğyütmək məcburiyyətində qalar. Həyatı boyu da davamlı olaraq yalanlarının aşkar olacağı qorxusuyla yaşamaqdan, ətrafındakılara qarşı da səmimiyyətsiz münasibətdə olar. Bu şəxslərin səmimiyyətsizliklərini və yalan sözlərini Allah dünyada və ya axirətdə bir gün mütləq ortaya çıxaracaq.
Doğru söz isə daim insanı üstün mövqeyə gətirər və ucaldar. Allah gözəl söz ilə pis sözün fərqini Quranda belə izah etmişdir:
Allahın necə məsəl çəkdiyini görmürsənmi? Gözəl söz kökü (yerdə) möhkəm olan, budaqları isə göyə yüksələn gözəl bir ağac kimidir. O (ağac) Rəbbinin izni ilə öz bəhrəsini hər zaman verir. Allah insanlar üçün misallar çəkir ki, bəlkə, düşünüb ibrət alsınlar. Pis söz isə yerdən qoparılmış və artıq kökü üstə dura bilməyən pis bir ağaca bənzəyir. (İbrahim Surəsi, 24-27)
Müsəlman qadın doğru sözün və dürüstlüyün gətirəcəyi bərəkətin və xeyrin fərqindədir. Buna görə özünün çətin vəziyyətə düşəcəyini, ya da yaxınlarının ziyan görəcəyini bilsə belə dürüstlüyündən heç vaxt güzəştə getməz. Mərdliklə, açıq sözlülüklə haqq olan nə isə onu söyləyər. Allah Quranda möminlərin göstərməli olduqları bu əxlaqı belə bildirmişdir:
Ey iman gətirənlər! (Şahidliyiniz) özünüzün və ya valideynlərin, ya da yaxın qohumların əleyhinə olsa belə, Allah şahidləri kimi ədaləti qoruyun. (Əleyhinə şahidlik edəcəyiniz şəxslərin) varlı və ya kasıb olmasından asılı olmayaraq Allah onların hər ikisinə daha yaxındır. Hissiyyata qapılıb haqdan uzaqlaşmayın! Əgər siz (cəfəngiyat) danışsanız və ya (həqiqəti deməkdən) boyun qaçırsanız, bilin ki, Allah nə etdiklərinizdən xəbərdardır. (Nisa Surəsi, 135)
Bundan başqa Allah başqalarına qarşı olan əsəb, ya da hirsin də insanı doğru sözdən və dürüstlükdən uzaqlaşdırmamasını belə xatırlatmışdır:
Ey iman gətirənlər! Allah xatirinə ədaləti qoruyan şahidlər olun. (Hər hansı bir) camaata qarşı olan kin-küdurət sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır. Allahdan qorxun! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır. (Maidə Surəsi, 8)
Yalan cahiliyyə cəmiyyətlərində bəzi qadınların da tez-tez müraciət etdikləri bir üsuldur. Bəzən ən yaxınlarına; ailələrinə, yoldaşlarına, uşaqlarına, qardaşlarına, ya da dostlarına belə yalan söyləyə bilirlər. Bunların hərəsi üçün özlərinə bir bəhanə uydururlar. Bəzi yalanların zərərsiz olduğunu, insanların yaxşılığı üçün yalan danışmanın qanuni olacağını, kiçik yalanların yalan sayılmayacağını iddia edirlər. Məsələn getdikləri yeri, görüşdükləri insanları, pullarını hara xərclədiklərini yoldaşlarından gizləmələrinin hər evlilikdə ola biləcək zərərsiz yalanlar olduğunu və bunların heç bir pisliyi olmayacağını müdafiə edərlər.
Halbuki yalana dair müdafiə etdikləri bu məntiqlərin heç biri doğru deyil. Allah insanlara yalan danışmağı qadağan etmişdir. Yalan eyni zamanda şeytanın bir xüsusiyyətidir. Bilindiyi kimi Şeytan Hz. Adəmin cənnətdən çıxarılmasını üçün yalana müraciət etmişdir.
Müsəlman qadın Quranı və Peyğəmbərimiz (səv)-in sünnəsini özünə rəhbər etməsinə görə yalanın insanı nə cür yola doğru sürüdüyünü bilər və bu rəftardan vasvasılıqla çəkinər. Hər nə olursa olsun, dürüstlüyün insanı həmişə hörmətli edəcəyini və doğru sözün adamı mütləq xeyirə yönəldəcəyini bilərək bu əxlaqında qərarlı olar.
Peyğəmbər Əfəndimiz bu mövzudakı bir hədisi şərifində iman edənlərə belə buyurmuşdur:
"Xalqdan qorxub haqqı söyləməkdən qaçmayın, bildiyiniz və gördüyünüz haqqı söyləyin. "
Müsəlman Qadın Cəsurdur
Cahiliyyə cəmiyyətində kişilərin də tez-tez dilə gətirdikləri, qadınlar haqqındakı ümumi fikirlərdən biri, çətinliklər qarşısında lazım olan səbri və yetkinliyi göstərə bilmədikləri haqqındadır. Qadınların belə hallarda hadisələri daha da çətinləşdirdikləri, qarşılarındakı insanlara yük olduqlarını düşünürlər. Həqiqətən də bəzi qadınların təhlükə, ya da çətinliklərlə qarşılaşdıqlarında həyəcana qapılıb bacarıqsızlaşmaları, tədbirsiz davranışları, hadisələri daha da qabardıb ətraflarındakı insanları da təlaşlandırmaları mümkündür. Kişilər çox təhlükəli hadisələrlə qarşılaşdıqlarında əksəriyyəti soyuqqanlılıqlarını qoruyub, hadisələrə qorxmaz və cəsur bir tərzdə yaxınlaşa bilərkən, bəzi cahiliyyə qadınları gündəlik hadisələr qarşısında çaxnaşmaya və qorxuya qapılırlar. Bu çaxnaşma və qorxu ilə, hadisələri daha da içindən çıxılmaz bir hala gətirib, içərisində olduqları vəziyyəti daha da çətinləşdirə bilərlər. Bu səbəblə, bu cür hallarda çox vaxt kişilər, bir tərəfdən qarşılaşdıqları çətinliklərə həll etməyə çalışarkən, bir tərəfdən də yanlarındakı qadınların bu mənfi vəziyyətlərini düzəltməklə məşğul olmaq məcburiyyətində qalırlar.
Müsəlman qadınlara isə belə bir vəziyyət aid deyil. Allaha qarşı olan sevgiləri, etibarları, bağlılıqları və təslimiyyətləri onlara güclü bir cəsarət, güclü xarakter qazandırır. Allahın insanları çətinliklərlə sınayacağını, bunlar qarşısında cəsarət və təslimiyyətlə Allaha bağlılıqda dayanıqlılıq göstərənləri isə rəhmətinə qovuşduracağını bilirlər. Bu da onları daha qərarlı və şövqlü edir. Allah Quranda iman sahiblərinin bu xüsusiyyətlərini belə bildirmişdir:
Neçə-neçə peyğəmbər (olmuşdur ki,) bir çox dindarlarla birlikdə vuruşmuşlar. Onlar Allah yolunda başlarına gələnlərə görə nə ruhdan düşmüş, nə zəifləmiş, nə də (düşmənə) boyun əymişlər. Allah səbir edənləri sevir.(Ali İmran Surəsi, 146)
O kəslər ki, onlara bir müsibət üz verdikdə: “Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!”– deyirlər. (Bəqərə Surəsi, 156)
(Bəzi) adamlar onlara: “Camaat sizə qarşı (ordu) toplayıbdır, onlardan qorxun!”– dedilər. Bu, onların imanını daha da artırdı və onlar: “Allah bizə yetər. O nə gözəl Qoruyandır!”– dedilər. (Ali İmran Surəsi, 173)
Müsləman qadının bu cəsarəti, dünya həyatına dair heç bir qayğı yaşamamasından qaynaqlanır. Allaha olan dərin təslimiyyəti ve etibarı, mal ya da can qayğısı çəkməsinə mane olur. İnsanı Allah yaratmışdır ve həyatına son verəcək olan da ancaq Odur. Eyni şəkildə dünya həyatında sahib olduğu maddi-mənəvi bütün nemətləri; sağlamlığını, gəncliyini, malını, mülkünü hər şeyini özünə verən Allahdır. Bunları geri alacaq olan yenə də ancaq Allahdır. Mömin qadın, Allahın her şeyi xeyir ve hikmətlə yaratdığını bildiyi üçün, bunlardan hər hansı birinə zərər gəldiyində də, bunun Allahdan bir gözəllik və xeyir olaraq özünə qayıdacağını bilmənin rahatlığını yaşayır. Buna görə, bir təhlükə, çətinlik ya da risqlə qarşı-qarşıya qaldıqda əsla sarsılmazlar.
Bununla yanaşı, Müsəlman qadının cəsarəti onun Allahın sərhədlərini qorumaqdakı dayanıqlılığından da aydın olur. Şərtlər necə olursa-olsun, Quran əxlaqından qətiyyən geri dönməz. Allahdan başqa heç bir şeyden və heç kimdən qorxmaz; Allahın razılığına ən uyğun davranışı göstərməkdə heç tərəddüd etmədən böyük bir dayanıqlılıq göstərər. Allah iman edənlərin bu xüsusiyyətlərini Quranda belə bildirmişdir:
Onlar Allahın risalətini təbliğ edir, Ondan qorxur və Allahdan başqa heç kəsdən qorxmurdular. Allah Özü haqq-hesab çəkməyə kifayətdir. (Əhzab Surəsi, 39)
MÜSƏLMAN QADIN BOŞ SÖZLƏRDƏN VƏ İŞLƏRDƏN ÇƏKİNİR
Boş sözlər danışmaq, ya da boş işlərlə əylənmək, cahiliyyə cəmiyyətlərindəki qadın xarakterində tez-tez olan hallardır. Əvvəlki başlıqlar altında da toxunulduğu kimi, böyük idealları olmadığı təqdirdə, bu əxlaqın hakim olduğu qadın xarakterində əhəmiyyətli olan müəyyən şeylər vardır. Bunlardan özlərinə, ailələrinə, ya da ətrafındakılara fayda verənləri olduğu kimi, yalnız özlərini əyləndirmək üçün əldə etdikləri bəzi vərdişlər də yer alır. Bunlardan ən məşhurları; həftənin müəyyən günlərində olan rəfiqələri ilə görüşərək vaxt keçirmək, bütün gününü heç bir fayda verməyən proqramlar izləyərək televiziya qarşısında keçirmək, saatlarla davam edən telefon söhbətlərində ya da ev söhbətlərində kiçik-böyük hər mövzudan şikayət edib şikayətlənmək, dedi-qodu etmək, insanların qüsurlarını dilə gətirmək kimi vərdişləri saymaq olar. Bütün bunların ortaq xüsusiyyəti isə, ümumiyyətlə nə , nə də başqalarına heç bir fayda verməyəcək, vərdişlər olmasıdır.
Allah Quranın " qəlbləri qəflət içində qaldığı halda..." (Ənbiya Surəsi, 3) ayəsiylə, Allaha iman etməyən insanların bu xüsusiyyətlərinə diqqət çəkmiş və bu kəslərin ürəklərinin dünya həyatına dair işlərə qarşı ehtiras dolu bir qəflət içərisində olduğunu bildirmişdir.
Müsəlman qadın isə, cahiliyyə əxlaqının qadın xarakterinə aid bütün bu xüsusiyyətlərdən uzaq bir şəxsiyyət göstərər. Allahın insan üçün dünya həyatında çox məhdud bir ömür vaxtı təyin etdiyini və zamanın sürətlə tükəndiyini bilir. İnsanların axirət həyatında Allahın sonsuz cənnətini, rəhmətini və razılığını qazana bilmək üçün əllərindəki tək imkan isə dünya həyatındakı bu ömür vaxtlarıdır. Bu səbəblə Müsəlmanlar yaşadıqları hər anın özləri üçün çox qiymətli olduğunu bilərək hərəkət edərlər. Tək bir anlarını belə boş bir işlə əylənərək, boş sözlərlə keçirməklərinin böyük bir itki olacağının və bunun, axirətdə insanın böyük bir peşmanlıq duyacağına səbəb ola biləcəyinin fərqindədirlər. Hər anlarını bu düşüncə ilə keçirər və daim Allahın razılığını qazana biləcəklərini ümid etdikləri işlərə yönələrlər. Allahın
" Belələri Allaha, Axirət gününə iman gətirir, yaxşı işlər görməyi buyurur, pis əməlləri qadağan edir və xeyirxah işlər görməyə tələsirlər. Məhz onlar əməlisalehlərdəndirlər.
(Ali İmran Surəsi, 114) ayəsiylə bildirdiyi kimi, yaşadıqları hər anı Allahın razılığını qazana bilmək üçün 'xeyirlərdə yarışaraq' keçirərlər.
Müsəlman Qadın İffətli və Şərəflidir
Allah, " Var-dövlət və övladlar dünya həyatının bərbəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin dərgahında savab və ümid baxımından daha əfzəldir." (Kəhf Surəsi, 46) ayəsiylə, insanlara çox əhəmiyyətli bir məlumat vermişdir: Bəzi insanların böyük əhəmiyyət verdikləri, bütün həyatlarını ona həsr etdikləri və əldə etməyə çalışdıqları dünyəvi dəyərlərin hamısı müvəqqəti gözəlliklərdir. Əsl qiymətli və daimi olan isə, insanların sahib olduqları mənəvi dəyərlər və bütün bunlarda göstərdikləri davamlılıqdır. Ancaq bu gerçəyi göz ardı edən kimi insanlar, gerçək dəyərin, qürur və möhtərəmliyin; zənginlik, etibar, mal mülk sahibi olmaq kimi ünsürlərdə olduğunu sanaraq, bunların arxasında qaçırlar. Eyni şəkildə ətraflarındakı insanları da bu ölçülərə görə qiymətləndirib, onlara da, sahib olduqları bu maddi xüsusiyyətlərə görə hörmət, sevgi və heyranlıq duya bilirlər.
Halbuki bütün bunlar Allahın insanların istifadəsinə verdiyi nemətlərdir; ancaq insanları həm Allah Qatında, həm də dünya həyatında qiymətli və üstün edən xüsusiyyətlər isə çox fərqlidir. Qürur, iffət və təmkin, bunlardan ən əsas olanlardır. Bu anlayışlar, möminin təqvasını biruzə verdiyi üçün, bir insana dəyər və məna qazandıran, gerçək mənada hörmət və sevgi oyandıran xüsusiyyətlərdir. Dünyanın ən zəngin, ən gözəl ya da, ən yüksək mövqeyinə sahib insanı olunsa belə, bunların heç biri adama iffətli, təmkinli və şərəfli bir insanın zadəganlığını və üstünlüyünü qazandıra bilməz. Bu xüsusiyyətlərə sahib olan insanın təbii bir heybəti və gözəlliyi, təbii bir ruh dərinliyi vardır. Allah, şərəfi " Sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, Biz sizin təqsirlərinizdən keçər və sizi şərəfli bir keçidə (Cənnətə) daxil edərik." (Nisa Surəsi, 31) ayəsiylə, , Quran əxlaqını yaşamada səmimi bir səy göstərən, Özündən gərəyi kimi qorxub çəkinən kəslərə verəcəyini bildirmişdir. Bir başqa ayədə isə Allah, gerçək qüruru Quran əxlaqını yaşayan insanlara verəcəyini belə bildirmişdir:
Şübhəsiz ki, sədəqə verən kişi və sədəqə verən qadınlar və Allaha gözəl borc verənlər üçün (savab) qat-qat artırılacaqdır. Onlar üçün çox dəyərli(üstün və şərəfli) bir mükafat da vardır. (Hədid Surəsi, 18)
Gerçək şərəf, insanın sahib olduğu Allah qorxusu və axirət inancı səbəbiylə, kiçik insanlarla kiçilməməsini, sadə davranışlara, kiçik mənfəətlər əldə etmək üçün kiçik saxtakarlıqlara, yalana, ikiüzlülüyə tənəzzül etməməsidir. İnsanların cahil rəftarlarına yetkin davranışlarla və gözəl əxlaqla cavab verməsidir. Mömin qadın da Allaha olan dərin imanı və qorxusu səbəbiylə, şərəfli və təmkinli bir şəxsiyyət göstərər. Quran əxlaqına uyğun bir davranışın insanı daim üstün mövqeyə gətirəcəyini bilərək, Allahın bəyəndiyi təvazökar və təslimiyyətli əxlaqından heç bir zaman güzəştə getməz.
Allah Quranın bir çox ayəsiylə iffətin əhəmiyyətinə və qadına qazandırdığı dəyərə də diqqət çəkmişdir. Allah, bütün aləmlərin qadınlarına Hz. Məryəmin əxlaqını və iffətini nümunə verdiyini bildirərək, bu xüsusiyyətin insana qazandırdığı üstünlüyü xatırlatmışdır:
Bir zaman mələklər dedilər: “Ey Məryəm! Həqiqətən, Allah səni seçdi, təmizlədi və seçib aləmlərin qadınlarından üstün etdi. (Ali İmran Surəsi, 42)
Allah Quranın digər ayələrində isə iffətin mömin qadının əhəmiyyətli bir xüsusiyyəti olduğunu belə xatırlatmaqdadır:
Sizlərdən hər kəs maddi imkanı olmadığına görə azad mömin qadınlarla evlənə bilmirsə, onda sahib olduğu mömin kənizlərdən alsın. Allah sizin imanınıza daha yaxşı bələddir. Siz bir-birinizdənsiniz. (Bu kənizlər) namusunu qoruyan, zinakarlıq etməyən və aşna saxlamayan qadınlardırsa, onlarla sahiblərinin icazəsi ilə evlənin və mehrlərini (şəriətə) müvafiq qaydada verin... (Nisa Surəsi, 25)
.... İsmətli mömin qadınlar da, sizdən əvvəl Kitab verilənlərin ismətli qadınları da, namuslu olub zinakarlıq etməmək və aşna saxlamamaq şərti ilə mehr-lərini verdiyiniz təqdirdə sizə halaldır. İmanı inkar edənin əməlləri boşa çıxar və o, Axirətdə ziyana uğrayanlardan olar. (Maidə Surəsi, 5)
Bir başqa ayədə isə Allah, iffətin əhəmiyyətini
"... onların (azad və iffətli) tanınması və əziyyət görməmələri üçün ən uyğun olan budur..." (Əhzab Surəsi, 59)
ifadəsiylə bildirmişdir. İffət bir qadına möhtərəmlik və şərəf qazandırmaqda və onun cəmiyyət içərisində əziyyət görməsinə mane olur.
Mömin qadınlar, Allahın Quranda bildirdiyi bütün qanunlara ən gözəl şəkildə tabe olaraq qürur, təmkin və möhtərəmlik qazanmış olurlar. Belə bir insanın bütün hərəkətlərindən, danışıqlarından, hərəkətlərindən, üzündəki ifadədən, baxışlarından, gülüşündən nə qədər iffətli və təmkinli bir kimsə olduğunu anlaya bilmək mümkündür. İffətli bir qadının təbii bir zadəganlığı, insani bir heybəti və etibarlı bir şəxsiyyəti vardır. Allah yuxarıdakı ayədə də, möminlərin bu xüsusiyyətləriylə 'tanındıqlarına' diqqət çəkmişdir. Quranın bir başqa ayəsində isə
"... Əlamətləri, səcdə izindən üzlərindədir..." (Fəth Surəsi, 29)
ifadəsiylə, Allah möminlərin üzlərindən tanındıqlarına diqqət çəkmişdir

