Adamlıq dinində evlilik dövrü gənc qız və oğlanın müəyyən bir yaşa gəlməsi ilə başlayır. Artıq ata və ana uşaqlarının "evliliyini, toyunu, xoşbəxtliyini " görmək və illərlə verdikləri əməklərin qarşılığını tədricən almaq istəyirlər. Ümumiyyətlə adamlıq dininin evlilikləri uşaqların özlərinin tanış olması ilə olmaz.. Ata və ana müəyyən yaşa gəlmiş uşağının evlənməyinin vacib olduğunu düşündüyündən bunu həyata keçirmək üçün bir çox üsullardan istifadə edir. Əgər uşaqlar evlənəcəyi adamı seçə bilmirlərsə bu zaman işi ailələri, qohumları və dostları öz öhdələrinə götürürlər.
2010/08/04
TOY PSİXOLOGİYASI
Toyda gəlin, kürəkən və ailələri müəyyən mənfəət güdərkən, qonaqların da özlərinə xas ayrı mənfəətləri vardır. Nişan və toy qonaq-ailələrin uşaqlarına yaxşı namizəd tapmaları üçün ideal yerlərdir. Bu səbəblə qızlarını, ya da oğlanlarını mümkün olduqca bahalı paltarlar geyindirib özləri ilə aparırlar.
EVLİLİKDƏN SONRA
KİŞİ XARAKTERİ
Cahiliyyə cəmiyyətində hörmət edilən xüsusiyyətlər “kişi dediyin...” ifadəsi ilə başlayır. Onlara görə kişi xarakterinin ilk prinsipi güclü və üstün olmaqdır. Bu təlqin kişilərdə qadınlara nisbətən daha güclü bir şəxsiyyət meydana gəlməsini təmin edir. Əlbəttə, güclü xarakterə sahib olmaq gözəl bir xüsusiyyətdir, ancaq cahiliyyə cəmiyyətində nəzərdə tutulan güc Quran əxlaqında bildirilən güclü xarakter anlayışından çox uzaqdır.
CAHİLİYYƏ CƏMİYYƏTİNDƏKİ KİŞİ XARAKTERİNDƏN NÜMUNƏLƏR
Əvvəlki bölümdə bəhs etdiyimiz kişi xarakterinin tam əksini yaşayan insanlar isə cahiliyyə cəmiyyətində "qorxaq kişi" olaraq adlandırılırlar. Cahiliyyə cəmiyyətində yaşanan, üstünlük iddiasındakı kişi xarakterinin əksinə bu insanlar öz haqlarını qoruya bilməyəcək qədər həddindən artıq passiv bir xüsusiyyətə malikdirlər.
2010/08/02
CAHİLİYYƏ CƏMİYYƏTİNDƏ QADIN XARAKTERİ
Cahil cəmiyyətdə adı qoyulmayan, amma səssizcə bütün insanları istiqamətləndirən bir güc vardır. Bu cəmiyyətdə yaşayan insanların çoxu doğulduğu andan etibarən özünü bu yönləndirməyə təslim edir və bütün həyatını onun təyin etdiyi şərtlərə görə nizamlayır. Bu güc cahiliyyə insanına elə hakimdir ki, çox vaxt insanlar öz istəkləri və mənfəətlərinə zidd olduğu halda, yenə də onun qaydalarının xaricinə çıxmır və hər nə olursa olsun, ona qarşı sədaqətli olurlar.Bu, əvvəldə də ifadə edildiyi kimi, adı qoyulmamış, amma cahiliyyə insanlarının öz aralarında "ənənə" şəklində ifadə etdikləri batil qaydalar toplusudur. Bu qaydaları kimin təyin etdiyi, bunların doğru, ya da etibarlı olub olmadığı isə məchuldur.
CAHİL CƏMİYYƏTDƏ EVDAR QADIN XARAKTERİ
Cahiliyyə cəmiyyətinin çox böyük diqqətlə tətbiq etdiyi xarakterlərdən ilki "evdar qadın xarakteri" dir. Bu xarakter demək olar ki bütün cəmiyyətin tərəfindən çox yaxşı bilinir və hansı mədəniyyətdən olursa olsun dünyanın dörd bir tərəfindəki qadınların böyük əksəriyyəti tərəfindən tətbiq olunur.
Bu xarakter, hardasa hər qız uşağının, uşaqlıq illərindən etibarən etina etdiyi və bir gün mütləq yaşamaq istədiyi modeldir. Bu mövzuda onlara nümunə olan ən yaxın insan da analarıdır. Analarını və ətraflarındakı digər qadınları müşahidə etmələri nəticəsində, yetkin bir qadının necə şəxsiyyətə sahib olacağı, həyatını hansı ideallar üzərinə quracağı, ya da günlərini necə keçirəcəyi haqqında uşaqların ağıllarında yavaş yavaş bir model formalaşmağa başlayır. Yaxşı ailə qurmaq, gözəl ev sahibi olub, sağlam uşaqlar dünyaya gətirmək, qohum və dostlara qonaq getmək, uşaqların tərbiyəsi, alış-veriş, ev təmizliyi, və buna bənzər işlər bu modelin təməl xarakterini meydana gətirir.
NİYƏ EVDAR QADIN OLMAĞA ÇALIŞIRLAR?
Evdar qadın deyildikdə hər kəsin gözündə müəyyən bir insan tipi canlanır. Səhər tezdən qalxıb, ərini və uşağını yola salan, evi yığıb təmizləyən, paltar yuyan, ardından axşam bişirəcəyi yeməyi düşünən və gününün çoxunu da mətbəxdə yemək bişirərək keçirən bir qadın...
Klassik olaraq hər kəsin evdar qadın deyilincə ağlına gələn xüsusiyyətlər bunlardır. Bir qadının bütün bunları etməsində pis bir şey yoxdur, təbii olaraq mömin qadınlar da həyatının müəyyən vaxtlarında bu işləri görürlər. Ancaq eyni işləri görən mömin qadınla, cahiliyyə əxlaqını yaşayan qadını ayıran şey, bu işləri görərkən əxlaqı, düşüncələri və niyyətləridir. Mömin qadın əri və uşaqları üçün yemək bişirərkən də, evini təmizləyərkən də yalnız Allahın razılığını ümid edərək və Allahın rəhmətini diləyərək bunları edir. Və heç vaxt fikri, düşüncəsi, hadisələri qiymətləndirmə şəkli yalnız bu işlərlə məhdud bir dünyadan ibarət deyil.
CAHİLİYYƏ CƏMİYYƏTİNDƏ EVDAR QADIN ŞƏXSİYYƏTİ
Tərbiyə tərzinə, yaşadıqları mühitə, əxlaq xüsusiyyətlərinə və sahib olduqları imkanlara baxmayaraq, cahiliyyədəki evdar qadınların şəxsiyyət formalarını bir başlıqda qruplaşdırmaq mümkündür.Cahiliyyə qadınları cəmiyyətin özlərinə təlqin etdiyi xarakterin təsiri altındadırlar. Uşaqlıqdan etibarən bəlkə də minlərlə evdar qadın görmüş və onların bütün davranışlarını və hərəkətlərini istər istəməz şüuraltında mühafizə etmişlər. Özləri eyni şərtlərlə qarşı-qarşıya qaldıqlarında isə, bu təcrübələrini fərqində olmadan həyata keçirir və şəxsiyyətlərini formalaşdırmasına icazə verirlər.
Подписаться на:
Сообщения (Atom)





