Adamlıq dinində evlilik dövrü gənc qız və oğlanın müəyyən bir yaşa gəlməsi ilə başlayır. Artıq ata və ana uşaqlarının "evliliyini, toyunu, xoşbəxtliyini " görmək və illərlə verdikləri əməklərin qarşılığını tədricən almaq istəyirlər. Ümumiyyətlə adamlıq dininin evlilikləri uşaqların özlərinin tanış olması ilə olmaz.. Ata və ana müəyyən yaşa gəlmiş uşağının evlənməyinin vacib olduğunu düşündüyündən bunu həyata keçirmək üçün bir çox üsullardan istifadə edir. Əgər uşaqlar evlənəcəyi adamı seçə bilmirlərsə bu zaman işi ailələri, qohumları və dostları öz öhdələrinə götürürlər.
Artıq evlilik üçün süni görüşlər və tanışlıqlar təşkil edilir. Bu görüşləri düzüb-qoşan, hər yerdə bilinən və tanınan ustaları vardır. Ətrafda gəncləri tanışdıran məşhur, ümumiyyətlə yaşı ötmüş bəzi şəxslər vaxtlarını özlərinə uyğun mədəniyyətdə, zənginlikdə, gözəllikdə və mühitdə yaşayan gəncləri axtarmaqla keçirirlər. Demək olar ki, hər ailənin belə bir böyüyü, ya da tanışı vardır.

Hər iki tərəfin də yaxınları pul ödəmədən yeyib-içib əylənmək üçün nişanın edilməsini səbrsizliklə gözləyirlər. Lakin, bir tərəfdən də gəlin və kürəkənə qızıl taxmaq, hədiyyə almaq lazım olduğu üçün bunun çətinliyini yaşayarlar. "Ən ucuz hədiyyəni necə ala bilərik?" problemi başlayır. Gəlinlə kürəkənin atalarından mənfəəti olanlar yaxşı qızıl taxar, yaxşı ailə dostu kimi davranarlar.
Adamlıq dininin evlilik mərasimlərinə baxıldığında, dünya həyatının hiyləli bəzəyi olan göstəriş etmək marağı və insanların razılığını axtarmaq xəstəliyi ən çox müşahidə ediləndir. Ailələrin nişan, toy kimi təmtəraqlı mərasimlər təşkil etmələrindəki əsas məqsəd göstəriş etməkdir. Məsələn cehiz göstərmək günündə bütün qonşular evə çağırılır. Cehizlər dosta, qonşuya, hər kəsə nümayiş etdirilir. Qonaqlar isə ümumiyyətlə çox bəyəndiklərinə dair şişirdilmiş reaksiyalar verirlər. Ancaq çox vaxt öz evlərinə qayıtdıqdan sonra necə də pis, işə yaramaz şeylər alındığı haqqında dedi-qodu edirlər.