2010/08/04

CAHİLİYYƏ CƏMİYYƏTİNDƏKİ KİŞİ XARAKTERİNDƏN NÜMUNƏLƏR

Bura qədər izah edilənlər cahiliyyə cəmiyyətindəki kişi xarakterinin əsas  quruluşunu meydana gətirir. Təməlini bu quruluşdan götürən, ailə, cəmiyyət, həyat şərtləri kimi faktorların təsiri ilə yaranan  bir çox kişi xarakterinə də rast gəlmək mümkündür. Bunlardan bəzilərini qısaca belə sıralaya bilərik: 
Əvvəlki bölümdə bəhs etdiyimiz kişi xarakterinin tam əksini yaşayan insanlar isə cahiliyyə cəmiyyətində "qorxaq kişi" olaraq adlandırılırlar. Cahiliyyə cəmiyyətində yaşanan, üstünlük iddiasındakı kişi xarakterinin əksinə bu insanlar öz haqlarını qoruya bilməyəcək qədər həddindən artıq passiv bir xüsusiyyətə malikdirlər.
Onlar özlərindən gözlənilildiyi kimi "kişi dediyin..." xüsusiyyətlərinə  tabe olmayan insanlardır. Öz üstünlüklərini iddia etmək yerinə başqalarının himayəsi altına sığınmağı seçən bu insanlar şəxsiyyətli bir davranış göstərə bilmirlər. Şəxsiyyətsiz, gücsüz və "anasının balası" olaraq xarakterizə edilirlər.
Cahiliyyə cəmiyyətindəki  bir başqa xarakter "kobud kişi" olaraq adlandırılan xarakterdir. Onlar "kişinin qeyd-şərtsiz üstünlüyünə" və "qadının da qeyd-şərtsiz zəifliyinə" inanan insanlardır. Qadının hər hansı bir əşya kimi kişinin bir malı olduğuna, bu səbəbdən də lazım olduğunda yaxşı davranılıb, lazım olduğunda da sərt davranıla biləcəyi qərarına gəlmişlər. Sərt münasibət və sərt hərəkətlərin, kobud üslubdan istifadə etmənin özlərinə xüsusi bir hörmət qazandırdığını düşünürlər. Qadınların özlərinə bu xarakterdə bir həyat yoldaşı axtardıqlarından əmindirlər və bu səbəblə də bu davranışları ilə olduqca cazibəli bir hala gəldiklərinə inanırlar.
Cahiliyyə cəmiyyətinin bir kişi xarakteri də vardır. Bu insanlar həyatın ən əhəmiyyətli əyləncəsinin xüsusi olaraq hazırlanan yemək süfrələrində içki içib "sərxoş söhbətləri" etmək olduğunu sanırlar. Özləri ilə eyni düşüncəni paylaşan bir neçə yoldaşı ilə birlikdə demək olar ki, hər axşam bu vərdişlərini təkrarlayırlar.
Gecə saatlarına qədər sürən bu masa söhbətlərində faydalı və hikmətli bir söhbət edilməz. Sərxoş olmalarının təsiri ilə tamamilə mənasız bir mövzu üzərində saatlarla danışar, "filosofluq edər", bir-birlərinə həyat dərsləri verərlər. Hətta bəzən gecə yarısı mübahisəyə başlayar və ətraflarındakı insanlar tərəfindən zorla sakitləşdirilərlər.
Saydığımız bu xüsusiyyətlər cahiliyyə cəmiyyətində yaşanan kişi xarakterlərindən yalnız bir neçəsidir. Bu cəmiyyətdə yüzlərlə belə xüsusiyyətlərə rast gəlmək mümkündür. Təməli Qurana əsaslanmadığı üçün cahiliyyə cəmiyyətində yaşanan bütün bu modellər yanlış  bir anlayış ehtiva edirlər. Diqqətlə izlənildiyində bu həyatı və bu xarakteri yaşayan insanların həyatlarından əslində məmnun olmadıqları da açıqca görünür.