2010/08/02

NİYƏ EVDAR QADIN OLMAĞA ÇALIŞIRLAR?

Evdar qadın deyildikdə hər kəsin gözündə müəyyən bir insan tipi canlanır. Səhər  tezdən qalxıb, ərini və uşağını yola salan, evi yığıb təmizləyən, paltar yuyan, ardından axşam bişirəcəyi  yeməyi düşünən və gününün çoxunu da mətbəxdə yemək bişirərək  keçirən bir qadın...

Klassik olaraq hər kəsin evdar qadın deyilincə ağlına gələn xüsusiyyətlər bunlardır. Bir qadının bütün bunları etməsində pis  bir şey yoxdur, təbii olaraq mömin qadınlar da həyatının müəyyən vaxtlarında bu işləri görürlər. Ancaq eyni işləri görən mömin qadınla, cahiliyyə əxlaqını yaşayan qadını ayıran şey, bu işləri görərkən əxlaqı, düşüncələri və niyyətləridir. Mömin qadın əri və uşaqları üçün yemək bişirərkən də, evini təmizləyərkən də yalnız Allahın razılığını ümid edərək və Allahın rəhmətini diləyərək bunları edir. Və heç vaxt fikri, düşüncəsi, hadisələri qiymətləndirmə şəkli yalnız bu işlərlə məhdud bir dünyadan ibarət deyil.

Çoxları üçün evdar qadınından gözlənilən işlər həm yorucu, həm də darıxdırıcı fəaliyyətlərdir. Ancaq buna baxmayaraq cahiliyyə qadınlarının çox böyük hissəsi bir gün ailə qurub,evdar qadın olmanın xəyallarını qururlar. Yaxşı insana axirətdə fayda verməyəcək bu həyat şəklini bəzi kəslərə cazibədar göstərən şey nədir? Yalnız ənənə olduğu üçünmü buna etina edilər? Yoxsa həyatlarına bir rəng qatmaq üçünmü?

Bu variantların hamısı doğru ola bilər. Ancaq bu həyatı son dərəcə cazibədar görmələrinin səbəbi bu qədərlə də məhdud deyil. Bu səbəblər kəslərə, şərtlərə görə dəyişməklə birlikdə çoxları üçün bir neçə başlıq altında toplanır.

Bunlardan biri, gənc qızların çoxunun evliliklə birlikdə fərdi azadlıqlarını əldə edəcəklərinə olan inanclarıdır. İllərlə  ailələrinin nəzarətində  və onların qoyduğu qaydalarla  yaşayan gənclər bu vəziyyətin dəyişməsinin ən qısa və ən asan yolunun evlilik olduğunu düşünürlər. Bu səbəblə də çox vaxt uyğun hesab etdikləri  ilk insanla evlənirlər. Onsuz da, cahiliyyə qadınları bir tərəfdən evliliyi arzulayarkən, digər tərəfdən də evliliyin gətirəcəyi çətin şərtlərin fərqindədirlər. Amma yalnız özlərinin söz sahibi olub, öz qaydalarıyla dilədikləri kimi yaşayacaqları həyatın həsrəti bu çətinliklərə əhəmiyyət verməmələrinə səbəb olur.

Ancaq evliliklə birlikdə qadınların üzərinə həm maddi, həm də mənəvi baxımdan çoxlu  məsuliyyət yüklənir. Həmçinin hər zaman  öz qaydalarıyla yaşamaları, ya da azad hərəkət etmələri də mümkün  olmur. Çünki cahiliyyə sistemində ümumiyyətlə evə hakim olan kişidir və qadının bütün həyatını öz qaydaları və öz inanclarına görə istiqamətləndirir. Bu səbəbdən dəyişən bir şey olmur. Ailələrinin yerini artıq həyat yoldaşları tutmuşdur.

Bəzi  qadınların  evdar  qadın olmaq istəmələrinin əsas səbəbi də evliliklə əldə edəcəyini  düşündüyü maddi imkanlardır. Xüsusilə də maddi vəziyyəti yaxşı olmayan bəzi ailələr qızları üçün evliliyi, həyatlarını dəyişdirə bilmək üçün ən əhəmiyyətli fürsət olaraq qiymətləndirirlər. Belə ki, çox vaxt gənc qızlar ailələri tərəfindən "məntiq evliliyi" üçün  xəbərdar edilir və təşviq edilirlər. Bu zaman gənc qızın evlilikdə tək meyarı  pul və zənginlik olur. Əxlaqından, rəftarından ya da şəxsiyyətindən xoşlandıqları bir insanla evlənməkdənsə, maddi cəhətdən imkanı yaxşı olan bir ilə evlənirlər .Bunun qarşılığında  onlar da lazım olsa həyatlarının sonuna qədər tezdən qalxıb yemək bişirmək, paltar yumaq, ev təmizləmək kimi işlər görməyi  gözə alırlar.

Göründüyü kimi, cahiliyyə qadınlarının çoxunun, çətinliklərinə baxmayaraq "evdar qadın" modelini seçmələrinin əsl səbəbləri bu cür mənfəətlərdir. Bu zehniyyətdə olan qadınlar, həm ailələrinin təzyiqindən xilas olacaq, həm həyat tərzlərini yüksəldərək özlərinə yaxşı gələcək təmin edə biləcək, həm də bu imkanlardan ailələri və qohumları üçün də pay ayıra  biləcəklər. Ancaq ilk günlərdə bu mənfəətlərə görə cazibədar görünən ailə həyatı, Allah rizası olmadan  və evləndiyi adamın əxlaqına  əhəmiyyət vermədən qurulduğu üçün bir müddət sonra yerini, monoton, çətin bir həyata və peşmanlığa buraxır.