Toyda gəlin, kürəkən və ailələri müəyyən mənfəət güdərkən, qonaqların da özlərinə xas ayrı mənfəətləri vardır. Nişan və toy qonaq-ailələrin uşaqlarına yaxşı namizəd tapmaları üçün ideal yerlərdir. Bu səbəblə qızlarını, ya da oğlanlarını mümkün olduqca bahalı paltarlar geyindirib özləri ilə aparırlar.
Təsvir etdiyimiz kimi bir toydakı insanların hamısının ağlında buna bənzər şeylər vardır: Digər insanlara özünü göstərmək, maddi hesablar və diqqətlə yerinə yetirilməsi vacib olan səmimiyyətdən uzaq davranışlar. Bu insanların demək olar ki, heç birinin ağlında Allah yoxdur. Heç biri məşğuliyyətlərindən ayrılıb Allahı düşünməyi, ONU təsbih etməyi, Rəbbimizə həmd etməyi düşünmür, hərəkətlərinin Allahın razılığına uyğun olub-olmadığının və gərəksiz yerə xərclədikləri pulun israf hökmünə girə biləcəyinin fərqində belə deyillər.
Yuxarıda saydıqlarımız adamlıq dini cəmiyyətində mədəni, ictimai və maddi cəhətdən standart səviyyəyə sahib bir əksəriyyətin evlilik əsnasında göstərdikləri klassik davranış və münasibətlərin, sahib olduqları psixologiyaların təsviridir. Təbii ki, bundan daha fərqli psixologiyada və mühitdə evlənən kəslər də vardır. Cəmiyyətin müxtəlif təbəqələrinin evlilik mövzusunda istər tanışlıq, istər evliliyə hazırlıq, istərsə də mərasimlər baxımından bir-birindən olduqca fərqli tərzləri ola bilər. Bəziləri ailələr vasitəsilə tanış olarkən, bəziləri də oxuduğu universitetdə və ya işlədiyi iş yerində evlənəcəyi adamla tanış olur. Bəzisinin toyu adi toy salonunda, bəzisininki beş ulduzlu oteldə çox daha dəbdəbəli və ehtişamlı olur. Bəziləri daha klassik, ənənə və adətlərə uyğun bir tərzdə, bəzisi daha müasir Avropa tərzində, bəziləri də fərqli və orijinal bir şeylər etməyə çalışaraq diqqət çəkməyə, maraq toplamağa çalışarlar. Ancaq fərqli olan yalnız məkanlar, dekorasiyalar, ya da cütlərin bir-birləri ilə tanış olma formalarıdır. Əhəmiyyətli olan məsələ adamlıq dini cəmiyyətinin hər təbəqəsində evliliyin son dərəcə yanlış bir məntiqlə tətbiq olunmasıdır. Evlilik bir-birini sevən və hörmət edən iki insanın nikah bağı ilə bağlanması deyil, içində yüzlərlə cahiliyyə adətinin və qəribə ayinlərin iştirak etdiyi, mənfəətə əsaslanan səmimiyyətsiz və riyakar davranışlarla bəzədilmiş qəribə müəssisə halını almışdır.
Mədəni və ictimai strategiyaları nə olursa-olsun hər təbəqədən adamlıq dini mənsublarının evlilik məntiq və psixologiyaları bir-birlərilə eynidir: Yəni, Bilin ki, dünya həyatı oyun-oyuncaq, bər-bəzək, bir-birinizin qarşısında öyünmək və mal-dövləti, oğul-uşağı çoxaltmaqdan ibarətdir... (Hədid Surəsi, 20) ayəsində ifadə edilən xüsusiyyətləri eynilə daşıyır və tətbiq edirlər. Onsuz da adamlıq dinində Allahın razılığının ən çoxunu axtarmaq, Allahın sərhədlərini qorumaq, Onun təyin etdiyi şəkildə bir həyat yaşamaq kimi anlayışlar yer almadığına görə, geriyə qalan yeganə yol nəfs, istək, həvəs, ehtirasların yolu olmuş olur. Formalar, üsullar dəyişsə də zehniyyət həmişə eyni olaraq qalır.